İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İranın Ukraynadakı müharibədə istifadə üçün Rusiyaya pilotsuz təyyarələr verməsini qəti şəkildə təkzib edib.
Elchi.az “News.armenia”-ya istinadən xəbər verir ki, Abdullahiyan Tehranın bu məsələni Kiyevlə görüşdə müzakirə etməyə hazır olduğunu deyib:
“Biz Ukraynaya qarşı müharibədə istifadə üçün heç bir silah və ya pilotsuz təyyarə satmamışıq və satmayacağıq. İran və Rusiya Ukraynadakı müharibə ilə heç bir əlaqəsi olmayan əməkdaşlığa davam edəcək”.
İran XİN başçısının sözlərinə görə, Tehran və Moskva müxtəlif sahədə, o cümlədən müdafiə sahəsində əməkdaşlıq edir:
“Hər ikimiz Rusiyadan silah almışıq, keçmişdə də Rusiyaya silah vermişik, Ukrayna müharibəsi zamanı yox”.
Yeganə




