Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında bütün səviyyələrdə sülh prosesində fəal iştirak edir. Elchi.az xəbr verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib.
Onun sözlərinə görə, Aİ-nin bu işə cəlb olunmasını Brüsseldə Ermənistan və Azərbaycan liderləri arasında dörd görüş keçirmiş Avropa İttifaqı Şurasının prezidenti Çarlz Mişelin fəaliyyəti sübut edir və Klaar da bu istiqamətdə öz səylərini qeyd edib. Klaarın fikrincə, Aİ-nin regiondakı fəaliyyətinin digər göstəricisi Ermənistanda Azərbaycanla sərhəddə monitorinq missiyasının yerləşdirilməsidir.
“Aİ-nin öz maraqları var. Bu region bizim qonşumuzdur, ona görə də sülh və firavan Qafqaza maraq göz qabağındadır. Ona görə də bizim Ermənistanla Azərbaycan arasındakı münaqişəni həll edə bilməyimiz vacibdir”.
Şayəstə Hüseynova




