Elchi.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Ukraynadakı vəziyyətin həlli yollarını tapmaq üçün ABŞ, digər ölkələr və Roma Papası ilə danışmağa hazırdır.
“Əgər bütün bunlar mümkün nəticələrin tapılması baxımından həqiqətən səylərə uyğundursa, bunu müsbət qiymətləndirmək olar. Amma digər tərəfdən, bu bəyanatda kiminsə Zelenskiyə zəng vurması və bundan sonra Rusiya tərəfi ilə hər hansı danışıqları qadağan edən qanunvericilik bazası ilə məşğul olması barədə heç nə demir”, – Peskov jurnalistlərə bildirib.
“Biz bütün bunları amerikalılarla, fransızlarla və pontifiklə müzakirə etməyə hazırıq. Bir daha təkrar edirəm, Rusiya bütün təmaslara açıqdır. Lakin biz Ukraynanın danışıqların davam etdirilməməsini kodlaşdırdığı faktından çıxış etməliyik”, – o əlavə edib.
Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron Roma Papası Fransiskdən Ukrayna böhranını həll etmək üçün Rusiya və Amerika liderləri Vladimir Putin və Co Baydenə zəng etməyi xahiş edib. Makron həmçinin ABŞ-ın nizamlanma prosesini irəlilətmək üçün danışıqlar masasına əyləşməsini zəruri hesab edib.
Yeganə Bayramova




