İsrail Prezidenti İshaq Hersoq ABŞ-a səfəri zamanı Ukrayna ərazisində İran pilotsuz təyyarələrinin istifadəsinə dair sübutları təqdim edəcək.
Elchi.az xəbər verir ki, bu barədə İsrail Prezidentinin mətbuat xidməti məlumat yayıb.
“İsrail müdafiə qurumu vizual təhlillər vasitəsilə müəyyən edib ki, Ukraynada İranda hazırlanmış PUA-larla bağlı fraqmentlər var. Prezident Hersoq ABŞ nümayəndələrinə 2021-ci ilin dekabrında İranda keçirilən hərbi təlimlər zamanı partlamış “Şahid-136” PUA-larının görüntülərini təqdim edəcək”, – deyə bildirilib.
Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür
Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...





