"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Türkiyə ilə Yunanıstan arasında ərazi iddiaları səbəbilə gərginlik artır

26 Oktyabr 2022 - 11:48
in DÜNYA

Türkiyə ilə Yunanıstan arasında bir neçə ərazi üzərində iddialar səbəbilə gərginlik artmaqdadır. Təhlilçilər deyir ki, bu ölkələr tarix boyu bu cür gərginlikləri idarə etməyi başarıblar. Onlar deyir ki, yaxından gələn Yunanıstan və Türkiyə seçkilərində onların bu məsələdəki məharətləri sınağa çəkiləcək, belə ki, hər iki liderin seçkidən öncə millətçi hisslərə xitab edəcəyi gözlənilir.

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Elchi.az xəbər verir ki, Türkiyə ordusu illik hərbi təlimlərində qonşu yunan adalarına yaxın məsafədə amfibiya enişləri həyata keçirir.

Eyni zamanda isə Yunanıstan ordusunu müasirləşdirməyə davam edir və rəqibi olan Türkiyə ilə arasındakı fərqi aradan qaldırır. Bu arada isə iki ölkə arasında Egey və Aralıq dənizlərində saysız-hesabsız ərazi iddiaları səbəbilə gərginlik artır.

“Zənnimcə hazırda Türkiyə ilə Yunanıstan arasındakı münasibətlər rəsmi səviyyədə çox gərgindir, həm şərqi Aralıq dənizi ərazisində dəyişən balans həm də, məncə, Türkiyənin ölkədaxili siyasəti səbəbilə, çünki Türkiyə indi müəyyən dərəcədə daha birtərəfli millətçi xarici siyasət yürütməkdə maraq görür”, Sabancı Universitetindən Sənəm Aydım-Düzgit deyir.

Bu yaxınlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçki kampaniyasındakı çıxışında bildirib ki, Türkiyə qüvvələri bir gün Ankaranın hərbsizləşdirilməsini tələb etdiyi Yunan adalarına daxil ola bilər.

Bu arada isə Yunanıstanın baş naziri Nikos Dendias bu yaxınlarda Ukraynaya səfəri zamanı Türkiyəni Rusiyaya bənzədib.

Hər iki tərəfin bu təhrikedici şərhləri iki ölkənin döyüş təyyarələrinin müntəzəm olaraq bir-birinin ərazisinə daxil olduğu bir vaxta təsadüf edir.

“Sabah və ya başqa hər hansı bir gün Türkiyə təyyarələri və ya donanma gəmisi və ya bizim sərhəddəki tanklarımız atəşə tutulsa, Türkiyə cavab verməli olacaq. Ancaq bu cavab tədbiri eksalasiyaya gətirib çıxara bilər və beləcə müharibəni başlada bilərsən, amma bitirə bilməzsən,” Türkiyə prezidentinin müşaviri Mesut Casin deyir.

Ancaq bu iki NATO üzvü arasında gərginlik və təhdidlərin olması yeni bir hal deyil.

Lakin onlar əlaqə də saxlayırlar. Belə ki, Türkiyə Müdafiə naziri Hulusi Akar həmkarı Nikolaos Panaqotopulosu Türkiyəyə dəvət edib.

Müşahidəçilər deyir ki, iki ölkə aralarındakı gərginlikləri idarə etməkdə mahirdir.

“Keçmişdə qəzalar olub, problemlər olub və, şükür olsun ki, heç biri genişmiqyaslı qarşıdurmayla nəticələnməyib. Hər iki tərəfin qəza kimi vəziyyətləri həll etmək üçün mexanizmləri və həll yolları var. Bir və ya digər tərəfdən məsələni müharibə səviyyəsinə çatdırmaq üçün siyasi iradə olmasa, hər hansı qəza ehtimalını görmürəm, Kadir Has Universitetindən Serhat Güvenc deyir.

Ancaq seçki siyasəti məsələni çətinləşdirən bir amildir və hər iki liderin gələn il seçkilərdə çətinliklərlə üzləşəcəyi proqnozlaşdırılır.

“Həm Türkiyə həm də Yunanıstanda gələn il seçkilərin keçirilməsi çox əhəmiyyətlidir. Hər iki lider, demək olar ki, ictimaiyyəti mümkün millətçi hərəkata, qarşıdurmaya və ya hətta toqquşmaya hazırlaşdırır,” Brukinqs İnstitutundan Aslı Aydıntaşbaş deyir.

Türkiyə və Yunanıstan onilliklər boyu ikitərəfli gərginlikləri idarə etmək təcrübəsinə malikdir. Bu təcrübə iki ölkə seçkiyə hazırlaşdığı bir vaxt sınaqdan keçəcək.

Şayəstə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İrəvanda Ukrayna ssenarisi və ya Zəngəzur “davası”

Next Post

İranın yalanını faktlarla ifşa etdi – Artıq təkzib edə bilməz

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post
İranın yalanını faktlarla ifşa etdi – Artıq təkzib edə bilməz

İranın yalanını faktlarla ifşa etdi – Artıq təkzib edə bilməz

“Son sutkada Rusiyanın 480-dən çox canlı qüvvəsi məhv edilib”

"Son sutkada Rusiyanın 480-dən çox canlı qüvvəsi məhv edilib"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.