"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Sunak və Meloni Azərbaycan üçün nə vəd edir?

26 Oktyabr 2022 - 13:11
in MÖVQE

Hind əsilli Rişi Sunak Böyük Britaniya, Corciya Meloni isə İtaliyanın baş naziri seçilib. C.Meloni İtaliyanın ilk qadın, R. Sunak isə Böyük Britaniyanın ilk hind əsilli baş naziri olaraq tarixə düşdü.
Hər iki ölkədəki yeni baş nazir təyinatları Azərbaycanda da böyük maraqla qarşılanıb. Belə ki, rəsmi London və Roma Bakının Qərbdəki ən vacib tərəfdaşlarıdır. Hər iki ölkə ilə iqtisadi, siyasi və diplomatik sahədə yüksək əlaqələr mövcuddur. 44 günlük Vətən müharibəsində həm Böyük Britaniya, həm də İtaliya Azərbaycanın haqq işinə diplomatik dəstək nümayiş etdirən nadir Avropa ölkələrindən idi. Digər tərəfdən, başda İtaliya olmaqla, hər iki ölkə ilə enerji sahəsində yüksək əlaqələr var.

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Maraqlıdır, Rişi Sunak və Corciya Meloni Bakı üçün nə vəd edir?

Elchi.az xəbər verir ki, politoloq Turan Rzayev sözügedən sualla bağlı şəxsi Feysbuk hesabında fikir bildirib. Onun sözlərinə görə, yeni baş nazirlərin seçilməsi fonunda bizi düşündürən əsas suallar bunlardır: R.Sunak və C. Meloni Bakı üçün nə vəd edir? Onların rəhbərliyində Böyük Britaniya və İtaliyanın Azərbaycana münasibəti hansı istiqamətdə formalaşacaq?

Politoloq qeyd edib ki, istər Böyük Britaniya, istərsə də İtaliya Avropanın köklü siyasi sisteminə malik ölkələridir. Hər iki ölkə fərqli xarici siyasətlərə malik olsalar da, yeni baş nazirlərin ölkələrinin Azərbaycanla bağlı mövqeyində ciddi dəyişiklik edəcəyi inandırıcı deyil:

“R. Sunakla bağlı ən narahatedici məqam yəqin ki, onun hind mənşəli olmasıdır. Ancaq bu, yersiz narahatlıqdır. Belə ki, Sunak qlobalist bir şəxsdir. Onun dünyaca tanınmış Bank-maliyyə elitası ilə əlaqələri genişdir. R.Sunakın bütün əlamətləri, həmçinin fəaliyyəti onun hərtərəfli ingilisləşmiş olduğunu göstərir. Sunak hind milliyyətçisi olsa idi belə Britaniya siyasi sistemindən kənara çıxa bilməzdi.
Corciya Meloniyə gəldikdə isə onun oktyabrın 25-də parlamentin aşağı palatası olan Deputatlar Palatasının Baş Assambleyasında çıxışı Azərbaycanla münasibətlərində necə formalaşdıracağına aydınlıq gətirir. Enerji problemindən danışan Meloni bildirib ki, İtaliya Putinin şantajına boyun əyməyəcək: “Putinin enerji şantajına boyun əymək problemi dərinləşdirmək deməkdir. Azadlığın öz qiyməti var”.
Ümumiyyətlə, İtaliya Rusiyanın qaz asılılığından xilas olmaq yolunda sürətlə irəliləyən ölkələrdən biridir. Son 7 gündə ümumiyyətlə İtaliya “Qazprom”dan qaz almayıb. Bu 1974-cü ildən bəri ilk belə haldır. Görünür, Meloni də keçmiş baş nazir Draginin bu siyasətinə sadiq qalacaq.
İtaliyanın Rusiyadan qaz nəqlini dayandırması bu ölkənin qaza olan tələbatını digər ölkələrdən, həmçinin Azərbaycandan qaz nəql edərək kompensasiya edə biləcəyndən xəbər verir. Bu isə ondan xəbər verir ki, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq Corciya Meloninin dövründə də davam edəcək.
Nəticə etibarilə i̇stər Rişi Sunakın, istərsə də Corciya Melonin baş nazirliyində Böyük Britaniya və İtaliyanın Azərbaycana qarşı mövqeyində elə də ciddi bir dəyişiklik olmayacaq”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ermənilərin sentyabr ayındakı itkiləri açıqlandı

Next Post

“Real“ın oyununda Azərbaycana qarşı təxribat – UEFA nə qərar verəcək? + FOTO

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post
“Real“ın oyununda Azərbaycana qarşı təxribat – UEFA nə qərar verəcək? + FOTO

“Real“ın oyununda Azərbaycana qarşı təxribat – UEFA nə qərar verəcək? + FOTO

Prezident Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyətini qəbul edib

Prezident Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyətini qəbul edib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.