Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Səlçuk İnanın “Əskişəhərspor”a vurduğu bərabərlik qolu İngiltərə mətbuatında gündəm olub.Derbi.Az xəbər verir ki, ingilislər də yarımmüdafiəçini “Barselona”lı Xaviyə bənzədiblər. İngiltərəli həmkarlamızın yazdıqları məlumatda Səlçuqun qolunun usta işi olduğu bildirilib.
Qeyd edək ki, Ada mətbuatında “Xəlçuq” adlanan pleymeykerlə “Everton” və “Leyçester” klublarının maraqlandığı bildirilib.



