Polşalı senatorlar Rusiya Federasiyasındakı rejimin terrorçu olduğu barədə qətnamə qəbul ediblər.
Elchi.az xəbər verir ki, onlar hökumətin rəsmi saytında yazdıqları kimi, ümumilikdə 85 siyasətçi səs verib. Bütün rəsmilər qətnaməni bəyənib və Rusiya Federasiyasının Ukraynada keçirdiyi hərbi xüsusi əməliyyatı tənqid ediblər. Eyni zamanda, Polşa nümayəndələri qaçqınlara verdiyi dəstəyə görə ölkə xalqına təşəkkür ediblər.
Bundan əvvəl Latviya və Litva Rusiyanı terrorçu dövlət kimi tanıyıb. Politoloq Aleksandr Nosoviç Pravda.Ru-ya müsahibəsində bildirib ki, Fransa və Almaniya oxşar addımı atmağa qadirdir.
Şayəstə





