ABŞ-ın Los-Anceles şəhərində musiqi dünyasının ən nüfuzlu mükafatlarından biri olan “Grammy Awards”a namizədlər elan olunub. Mükafat ABŞ-ın Milli incəsənət
akademiyası tərəfindən yüksək musiqi nailiyyətinə görə təqdim olunur.
akademiyası tərəfindən yüksək musiqi nailiyyətinə görə təqdim olunur.Bu il namizədlərin adları gün ərzində CBS kanalı ilə elan edilib.
“Grammy Awards” mükafatının 57-ci təqdimetmə mərasimi Los-Anceles şəhərindəki 21 min tamaşaçı tutumuna malik “Stepls” idman və əyləncə kompleksində keçiriləcək.
Qeyd edək ki, bu mükafatın ilk təqdimatı 1959-cu il mayın 4-də Frenk Sinatranın aparıcılığı ilə keçirilmişdi.
Mənbə
AzərTAc



