Azərbaycan Ermənistan tərəfinin bir neçə keçid məntəqəsinin açılması təklifi ilə bağlı mövqeyinə aydınlıq gətirib.
Xatırladaq ki, İrəvan Azərbaycanla sərhəddə üç nəzarət-buraxılış məntəqəsi açmaq niyyətində olduğunu bəyan edib. Elchi.az bildirir ki, Ermənistanın New.am portalı “Uzun sükutdan sonra Bakı bu səxavətli təklifə cavab verdi” iddiası ilə məqalə dərc edib. Məqalədə Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev fikirlərinə önəm verilib. Məqaləni kiçik redaktələrlə dərc edirik.
“Ermənistanın Azərbaycanla sərhəddə üç buraxılış məntəqəsinin yaradılması ilə bağlı təklifləri 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarının icrasının imitasiyasıdır”, – deyə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev bildirib.
Onun sözlərinə görə, İrəvanın təklif etdiyi məntəqələrdən çıxan yollar relyef və iqlim şəraiti baxımından Naxçıvanla nəqliyyat əlaqəsi və ilin əksər hissəsində beynəlxalq tranzit daşımaları üçün uyğun deyil.
“Bundan başqa, keçid məntəqələri tərəflərin razılığı ilə simmetrik şəkildə açılmalıdır. Lakin Ermənistan Azərbaycanla heç bir razılaşma əldə etməyib”, – deyə azərbaycanlı rəsmi bildirib.
Mustafayevin fikrincə, Ermənistanın təklifi Azərbaycanın qərb rayonları ilə Ermənistan arasında kommunikasiyaların yaradılması haqqında 10 noyabr 2020-ci il tarixli sazişin icrasından yayınmaq üçün formal xarakter daşıyır.
Üçtərəfli bəyanatın 9-cu bəndini pozaraq, Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsi üçün ən yaxşı variantı təqdim etməyib, Mustafayev bildirib.
“Üçlü bəyanatın 9-cu bəndini pozaraq, Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsi üçün ən yaxşı variantı təqdim etməyib”, – Mustafayev bildirib. Əslində, maddə belə görünür: “Regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələri açıqdır. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat rabitəsinin təhlükəsizliyinə təminat verir. Nəqliyyat əlaqələrinə nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Mühafizə Xidməti həyata keçirir. Azərbaycan rəsmisi “Zəngəzur dəhlizi”nə açıq-aşkar eyham vuraraq, “maneəsiz” sözünü “optimal” sözünə dəyişərək sənədi “bir az düzəldib”. Sənəddə “dəhliz” və “optimal” marşrut haqqında bir kəlmə də yoxdur.
Şəlalə






