"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Moskva təlaş içindədir, Putin tələsir:Səbəbələr…

27 Oktyabr 2022 - 17:55
in GÜNDƏM

Artıq bir neçə gündür ki, ölkənin ictimai-siyasi mühitində davamlı müzakirə mövzusu oktyabrın 31-də Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı görüşdür. Xatırladaq ki, məlum görüş Putinin vasitəçiliyi ilə baş tutacaq.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Elchi.az-ın məlumatına görə, Soçi görüşü barədə fikirlərini şəxsi Feysbuk hesabında bildirən siyasi şərhçi Kənan Novruzov bildirib ki, Moskvanın tələsdiyi və təlaşlandığı göz önündədir. Əlbəttə, bu, təsadüfi deyil:

“Qərbin Cənubi Qafqazda artan fəallığı, o cümlədən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində Avropa İttifaqının təşəbbüskarlığı Kremli narahat edir. Rusiya regionda onilliklər boyu qoruduğu təsir dairəsinin zəifləməsi ilə barışa bilmir.
Əvvəllər Rusiyanı düşündürən məsələ bölgədə sabitliyin təmin olunmaması idi. İndi isə bu, şimal qonşumuz üçün vacibliyini itirib. Moskva Bakı ilə İrəvan arasında səmimi vasitəçi olmağa hazırdır. Yetər ki, proseslər öz nəzarətində olsun və Qərbin regiondakı rolu artmasın.
Şərqi Avropada davam edən savaş, sözsüz ki, Rusiyanın işini daha da çətinləşdirib. Bu dövlət artıq sivil dünyadan təcrid olunur. Estoniya parlamenti Rusiyanı terrorçuluğu himayə edən dövlət kimi tanıyıb. Dünən Polşa senatı da oxşar məzmunlu qətnamə qəbul etdi. Belə bir şəraitdə qonşuları ilə münasibət Kreml üçün həyati əhəmiyyətlidir”.

Ekspertin sözlərinə görə, bir müddət əvvəl Prezident İlham Əliyev demişdi ki, bu ilin sonuna qədər Ermənistanla yekun sülh müqaviləsi imzalana bilər. Ermənistandan da oxşar məzmunlu siqnallar gəlib. Bu, Rusiyanı tələsdirən əsas məqamlardandır:

“Çünki Moskva tərəflər arasında yekun sülh müqaviləsinin moderatoru olmasa, Cənubi Qafqazdakı nüfuzunu tamamilə və əbədi itirə bilər.
Düşünürəm ki, bu ayın sonu və ya gələn ayın əvvəli Rusiyada üçtərəfli formatda görüş baş tuta bilər. Moskva regionda yenə də aparıcı dövlət olmaq istəyirsə, nəhayət, indi səmimi olmalı və sülh istiqamətində ciddi addımlar atmalıdır. Bu, bəlkə də, Kremlin son şansı şansıdır…
Yeri gəlmişkən, xatırladaq ki, Aİ ilə Azərbaycan arasındakı əlaqələr yeni mərhələyə qədəm qoyub. Müharibə ilə bağlı olaraq rəsmi Bakı artıq Qərbin əsas qaz təchizatçısına çevrilib. Bu isə o deməkdir ki, bizim Rusiyaya yox, Rusiyanın bizə ehtiyacı var”.

Şayəstə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Erməni deputat “Ədalət” fraksiyasını tərk etdi

Next Post

Ukraynaya “Qisasçı” lazımdır

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Ukraynaya “Qisasçı” lazımdır

Ukraynaya "Qisasçı" lazımdır

AMB faiz dərəcələrini 13 ilin ən yüksək səviyyəsinə qaldırdı

AMB faiz dərəcələrini 13 ilin ən yüksək səviyyəsinə qaldırdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.