Yaponiyanın Okayama əyalətində bir toyuq fermasında ortaya çıxan və çox yoluxucu olduğu bildirilən quş qripi virusuna görə 170 min ev quşunun məhv ediləcəyi bildirilib.
Elchi.az xəbər verir ki, Covid-19 epidemiyasından sonra həyatın hələ də normallaşmadığı Yaponiyada bu dəfə Quş qripi ilə bağlı həyəcan siqnalı verilib. Okayama əyalətinin Kuraşiki şəhərindəki toyuq fermasında mövsümün ilk quş qripi epidemiyasının başladığı açıqlanıb. Bildirilib ki, müəssisədə bir çox ev quşunun tələf olmasından sonra aparılan sınaqlarda aşkar edilən virus quş qripinin yüksək yoluxucu H5 mutasiyasıdır. Ştat hökuməti ehtiyat tədbiri olaraq 170.000 ev quşunun məhv ediləcəyini açıqlasa da, epidemiyanın baş verdiyi fermanın 10 km radiusunda olan əraziyə giriş-çıxış məhdudlaşdırılıb.
Digər tərəfdən, karantin tətbiq olunan obyektdən 3 km radiusda yerləşən təsərrüfatlardan toyuq və yumurtaların daşınması dayandırılıb. Bölgədə qurulan 4 fərqli stansiya vasitəsilə ətraflı dezinfeksiya işlərinin aparılacağı öyrənilərkən, Yaponiya Özünümüdafiə Qüvvələri (SDF) personalının da işə dəstək verəcəyi bildirilib. Yaponiyanın Baş naziri Fumio Kişida da aidiyyəti nazirliklərin əməkdaşlarına epidemiyanın qarşısının alınması üzrə kompleks tədbirlərin tez bir zamanda həyata keçirilməsi ilə bağlı tapşırıqlar verib.
ON MİNLƏRLƏ HEYVAN TƏLƏF OLMUŞDUR
İlk dəfə ötən ilin noyabrında Akita əyalətində müşahidə edilən quş qripi epidemiyası Kaqoşima, Hyoqo, Kumamoto, Çiba və Saitama əyalətlərinə yayılıb və ehtiyat tədbiri olaraq on minlərlə ev quşu məhv edilib. 2020-ci ildə kəsilən quşların sayının 6 milyonu keçərək rekord qırdığı ictimaiyyətə çatdırılıb.
Bildirilib ki, ölkədə əvvəlki rekord 2005-2006-cı il mövsümünə aid olub, o zaman ümumilikdə 5,78 milyon toyuq virusun daha az yoluxucu ştammı səbəbindən tələf olub.
Yeganə




