Almaniya kansleri Olaf Scholz, İkinci Dünya Müharibəsi işğalı məsələsinin “qapalı” olduğunu bəyan etdi və Yunanıstanın istədiyi milyardlarla avroluq təzminatdan imtina etdi.
Elchi.az xəbər verir ki, bu ayın əvvəlində Yunanıstanın xarici işlər naziri Nikos Dendias təzminat məsələsinin həm hökumət, həm də yunan cəmiyyəti üçün yarımçıq qaldığını elan edərək, bunu prinsipial bir məsələ kimi xarakterizə edib.
Yunanıstan rəsmiləri indiyədək təzminat almamış Şərqi Avropa ölkələrinə müharibə təzminatı ilə bağlı Avropa Şurasına təqdim olunacaq təklifin hazırlanması üçün serb həmkarları ilə görüşür.
Yunanıstan 1945-ci ildən bəri məcburi olduğunu dediyi təzminatın geri qaytarılmasını almağa çalışır, lakin Almaniya tərəfindən həmişə rədd edilir.
Berlin niyə borcunu ödəməli olmadığını söyləmək üçün bir neçə arqument irəli sürdü. Afina bütün bu arqumentləri etibarsız sayaraq rədd etdi.
Nasistlər 1941-ci ildə Yunanıstanı işğal etdilər və 1944-cü ilə qədər orada qaldılar, yüz minlərlə yunan mülki vətəndaşı – bəzi hesablamalara görə əhalinin 13 faizini öldürdülər.
Almaniya İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra İsrail və Polşaya on milyardlarla avro təzminat ödəyib.(TRT xəbər)
Şayəstə





