"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bürclər – 7 dekabr

07 Dekabr 2014 - 08:34
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Qoç – başladığınız işlərdə qazana biləcəyiniz uğurlar yaxın ətrafınızdakı insanlara təsir səviyyəsindən asılıdır. Dostlarla tanışların dəstəyini alsanız, bütün sədləri img1597379asanlıqla dəf edə biləcəksiniz. Həmfikirlər tapın. Seçdiyiniz yolun səhihliyinə onları inandırın.
Günün ikinci yarısında işlərə görə məsuliyyət daşımalısınız. Münasibətlərdə eqoizmə yol verməyin.
Axşam saatlarını qonaq qəbuluna, dostlarla görüşə həsr edin. Şayiələrdən, yaxınlarınızı tənqid etməkdən uzaq olun. Subaysınızsa, taleyinizdə yeniliklər ola bilər.
Buğa – gündəlik yaşamınızda yeniliklər və dəyişikliklər barədə düşünün. Şəraitin formasına nəzər salın. Yeni işə başlamaq olar. Amma potensial və imkanlarınızı dəyərləndirəndə səhvə yol verməyin. Həddən artıq ağır iş və ya genişmiqyaslı layihə sizdə ifrat yorğunluq yarada bilər.
Günün ikinci yarısında yaxınlarınız sizə dürüst məsləhətlər verəcək, mənasız və absurd ideyaların illüzorr olduğunu göstərməyə çalışacaqlar. Axşam saatlarını əzizlərinizlə ünsiyyətə həsr edin.
Əkizlər – ətrafınızdakı insanlarla təmaslarda intuisiyaya güvənin. Daxili səsiniz sizə konkret insanla davranışın yollarından xəbər verəcək. Yeni biliklər və məlumatların alınması, təcrübənin əxz olunması prosesində maneələr yarana bilər.
Günün ikinci yarısında mühüm məqamı nəzərdən qaçırmayın. Fiziki təmrinlərdə xeyir var.
Axşam saatlarında yaxşı bələd olmadığınız insanların məclisinə qatılmayın. Sevdiyiniz insanla münasibətlərdə səmimilik bədbinlikdən qurtara bilər.
Xərçəng – çox qərarları müstəqil qəbul etməlisiniz. Məsləhət almağa vaxt qalmır. Situasiya sizi təlaşlandırmasın. Belədə müstəqil və effektiv davranmağı öyrənəcəksiniz. Mövqelərinizi möhkəmləndirin.
Günün ikinci yarısında fikrinizi bildirməzdən əvvəl deyəcəyiniz sözlərə diqqət edin. Sirr saxladığınız məqam faş olacaq.
Axşam saatlarında yaxınlarınız və dostlarınızla birlikdə olun. Məişət məqamlarını nəzarətdə saxlayın. Unutqanlığınız ailə üzvlərinizi qıcıqlandıra bilər.
Şir – aktiv və enerjili olun. Yeni işlərə başlamaqla yanaşı, yarımçıq qalmış işləri də bitirin. Bu yaxınlarda yol verdiyiniz səhvin fəsadlarını aradan qaldırmaq gərəkdir. Situasiya çətin deyil. Sadəcə, seçdiyiniz metodun düzgün olduğunu yəqinləşdirin.
Günün ikinci yarısında bütün sirlərinizi faş edərək uğurlarınızla qürrələnməyin. Nailiyyətləriniz heç də hamını sevindirmir.
Axşam saatlarını gəzintiyə, yaxud da yaxınlarınızla birgə istirahətə sərf edin.
Görüş üçün əlverişli zaman deyil.
Qız – bütün işləri qısa zamanda həll etmək istəyi məntiq və situasiyanın şərtlərinə zidd olmaqla yanaşı, çox qeyri-effektiv qərar ola bilər. Bununla yanaşı, rasional davranışınız və qənaətcilliyinizi bəziləri bəyənməyə bilər. Qıcıqlanan insanlara fikir verməyin.
Günün ikinci yarısında vəziyyətdən faydalanmaq imkanlarınız var. Ətrafınızdakı insanların bəziləri inciyə bilər.
Axşam saatlarında bəzi şəxslər sizə xoş olmayan mövzuda söhbətə başlayacaqlar. Enerji səviyyənizin aşağı olması aktiv hərəkətlərə imkan vermir.
Tərəzi – qayğaları unutmasanız da, onların bəzisinin çözümünü ertələyin. Həllini tələb edən işlə məşğul olun və diqqəti əsas məsələyə yönəldin. İnkişaf edin, sosial yaşamdakı mövqelərinizi gücləndirin. Yardım gözləyən insana kömək edin.
Yolda ehtiyatlı olun.
Günün ikinci yarısında inadkarlıq, mövqelərdən zərrə qədər geri çəkilməmək, dəyişməməkdə israrlı olmaq sevdiyiniz insanla münasibətlərinizə zərbə vura bilər.
Anlayın ki, adi, ənənəvi davranış modeli problemlərin həlli deyil.
Əqrəb – cari problemləri həll etmək üçün imkanlar, əlaqələr və təmaslardan yararlanın. Şübhələrə qapılmayın, qərarları vaxtında və sürətlə qəbul edin.
Belədə istənilən ağır situsiyadan uğurla çıxa bilərsiniz.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan bəziləri sizə aşkar şəkildə paxıllıq edəcəklər. Saatlar keçdikcə günün olayları sizi yoracaq.
Yaxınlarınızdan biri mübahisəsində hakimlik etmək üçün sizə müraciət edəcək, anlaşılmazlığın həllində yardım istəyəcək. Pis məqam deyil, amma təşəxxüsə qapılmayın. Üstəlik, qərarlarınıza görə məsuliyyətə hazırlaşın.
Oxatan – tərəfdaş və şəriklərlə normal münasibətlər işlərin görülməsində karınıza gələcək. Yaxınlarınız mövqelərinizi dəstəkləyəcək, öz üzərilərinə əlavə öhdəliklər götürərək yardım edəcəklər. Situasiya spontan inkişaf edəcək.
Günün ikinci yarısında planlarda dəyişikliklər, mühüm qərarların ertələnməsi zərurəti yaranacaq.
Astagəllik və hər məqamı ən kiçik xırdalıqlara, təfərrüatlaradək götür-qoy etmək istəyi yaxınlarınızı qıcıqlandıra bilər. Emosiyalara uymayın, hər sözə inanmayın. Məntiqli, soyuqqanlı olun.
Oğlaq – yaxınlarınızın diqqət mərkəzində olmağınız pis deyil. Amma mövqeyinizdən narazı qalan və sizə paxıllıq edən insanlar situasiyanı gərginləşdirə bilərlər. Kompromislərə hazır olun. Əks təqdirdə düşmənlərlə rəqiblərin sayını artıra bilərsiniz.
Günün ikinci yarısında vəziyyətdən baş açmaq, ətrafınızdakı insanların hərəkətlərini anlamaq çətinləşir. Onların barəsində tələsik nə isə deməkdənsə ilk əvvəl hadisələri müşahidə edin.
Məişət problemləri və ailə qayğıları dəyər verdiyiniz insanlarla sərt danışığa səbəb olmamalıdır.
Dolça – emosionallıq və tələsik qərarlar günün ilk yarısında işlərin gedişatına ciddi maneələr yarada bilər. Uğurlar sərfəli imkanlardan formalaşmaqla yanaşı, bu imkanlardan yararlanmağın üsul və vasitələrindən asılıdır. Nəyin fayda, nəyin zərər verəcəyini əvvəlcədən müəyyənləşdirmək asan deyil.
Günün ikinci yarısında rəqabət güclənəcək.
Axşam saatlarında mühüm işləri ertələyin, yaxınlarınızla birlikdə istirahət edin. Çalışmağa davam etsəniz, yorulacaq, stress yaşayacaqsınız.
Balıqlar – maliyyə məsələləri və bank əməliyyatlarında mənasız risklər etməyin. Kredit kartları, hesablar, elektron avadanlıqla problemlər yarana bilər. Yaxın ətrafınızdakı insanlardan biri sizi açıq söhbətə təşviq etmək istəyir. Sayıq olun, sirlərinizi faş etməyin.
Günün ikinci yarısında dəyər verdiyiniz insanlardan biri məişət probleminin həllində və ya mübahisəli vəziyyətin çözülməsində yardım istəyəcək. Tələsməyin. Soyuqqanlı və məntiqi qərar verin.(milli.az)
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Poroşenko: “Ukraynanı kimləsə səhv saldılar…”

Next Post

Ronaldo – “Qol kralı”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Ronaldo - "Qol kralı"

Rubl “dəfn edildi”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.