İsveç hakimiyyəti Ukraynaya daha müasir və daha ağır silahlar verməyə hazırlaşır.
Elchi.az xəbər verir ki, bunu İsveçin yeni müdafiə naziri Pol Yonson deyib.
Onun sözlərinə görə, bu, həm də hava hücumundan müdafiə sistemlərinə də aiddir.
“Mən Kiyevə daha müasir silahlar verməyə hazıram. Mənim ilk ikitərəfli görüşüm Ukrayna müdafiə naziri Aleksey Reznikovla olub. Yeri gəlmişkən, Ukraynaya daha müasir hava hücumundan müdafiə sistemləri lazımdır”, – Yonson bildirib.
Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür
Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...




