"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Orqan köçürmənin QİYMƏTLƏRİ

07 Dekabr 2014 - 13:20
in XƏBƏR LENTİ
img1696738“2014-cü il ərzində 16 qaraciyər, 65 böyrək transplantasiyası həyata keçirilib. Bu il orqan transplantasiyasını gerçəkləşdirdiyimiz pasientlər içərisində 7 aylıq körpədən tutmuş, 68 yaşa qədər olan insanlar var. 7 aylıq uşağa qaraciyər köçürülüb. Ümumiyyətlə, orqan donoru olan şəxsin yaşı 18-dən yuxarı olmalıdır. Bizim əməliyyatlarda donorluq edən şəxslər 18-76 yaş arası olub”.
Bu barədə Modern.az saytına Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi məlumat verib.
O bildirib ki, həyata keçirilən əməliyyatların hamısı uğurla başa çatıb: “Nəticələrimiz dünya standartları ilə eynidir. Əməliyyatlarda qeyri-adi bir nəticə baş verməyib. Hər şey qaydasındadır”.
Şöbə müdiri xəstələrə köçürülən orqanların hamısının yaxın qohumlar tərəfindən verildiyini bildirib: “Orqanlar xəstə yaxınları tərəfindən bağışlanıb. Vəziyyətə uyğun olaraq orqan bütöv, ya da bir hissə götürülərək köçürülüb. Yaxın qohumlar olduğundan orqanının verilməsinə görə pul ödənilməyib. Bildiyiniz kimi, Azərbaycanda orqan alış-verişi qanunla qadağandır. Ona görə də burda hər hansı məbləğdən söhbət gedə bilməz”.
Transplantasiya qiymətlərinə gəlincə, həkim qeyd edib ki, xəstəxananın rəsmi qiymətinə uyğun olaraq böyrək əməliyyatı 12 min, qaraciyər əməliyyatı isə 45 min manata həyata keçirilir:
“Əməliyyatdan təxminən 20 gün sonra xəstə evinə gedir, müəyyən müddət keçdikdən sonra tam reabilitasiya olub, normal əmək fəaliyyətinə başlayır və işinə qayıdır”.
Dünya praktikasında həyata keçirilən ürək transplantasiyasının Azərbaycanda mümkünlüyünə gəlincə, həkim bunu ancaq meyit orqanlarının bağışlanacağı təqdirdə reallaşa biləcəyini vurğulayıb: “Beyin ölümü baş verən şəxslərdən ailənin icazəsi ilə orqanlar bağışlanacağı təqdirdə, ölkəmizdə də ürək transpalantasiyası mümkün olacaq. Bunun üçün Azərbaycanda şərait olsa da, orqan bağışlanması hələ yoxdur. Əgər beyin ölümü reallaşan insanlarda orqan bağışı həyata keçirilərsə,  ağciyər, ürək, gözün buynuz qişası, mədəaltı vəzin də transplantasiyası icra oluna bilər”.

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ukraynda dekabrın 8-də MDB-dən çıxmaq məsələsinə baxılacaq

Next Post

Mahir dələduzu axır ki, ilişdi – 9 il…

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Mahir dələduzu axır ki, ilişdi - 9 il...

Bakıda reyd: 90 sürücü cərimələndi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.