İrana 100 min dollar sərmayə qoyan xarici vətəndaşlar 5 illik yaşayış icazəsi ala bilərlər.
Elchi.az erməni mediasına istinadən xəbər verir ki, İran prezidenti İbrahim Rəisinin rəhbərlik etdiyi iclasda İslam parlamentinin nümayəndələri bəyan ediblər ki, bu qərar ölkəyə kapital cəlb edəcək.
İran Daxili İşlər Nazirliyi İqtisadiyyat Nazirliyinin qərarı təsdiqlədiyindən sonra bir ay ərzində İranda ən azı yüz min dollarlıq sərmayə qoyan xarici vətəndaşlara 5 illik yaşayış icazəsi verməyi öhdəsinə götürüb.
Qeyd olunur ki, 80 milyondan çox insanın və savadlı işçi qüvvəsinin mövcudluğu, iqlim müxtəlifliyi, Xəzər dənizi və qonşu ölkələrin bir neçə yüz milyonluq bazarı və müvafiq infrastruktur şəbəkəsi ilə İran investorlar üçün cəlbedicidir.
Yeganə




