Elchi.az xəbər verir ki, Moldova Daxili İşlər Nazirliyi, Rusiyanın səhər saatlarında Ukraynanı hədəf alan hücumlarında atdığı raketlərdən birinin Moldova-Ukrayna sərhədindəki Naslavcea kəndinə düşdüyünü açıqlayıb.
Rusiya səhər saatlarında Ukraynanın paytaxtı Kiyevə, həmçinin Vinnitsa vilayətinə, Dnepropetrovsk, Zaporojya və Lvova raket zərbələri endirib. Ukraynanın qonşusu Moldova Rusiya raketlərindən birinin ölkə sərhədlərinə düşdüyünü açıqlayıb. Moldova Daxili İşlər Nazirliyindən verilən açıqlamada raketin Ukrayna ilə sərhəddə yerləşən Naslavça kəndinə düşdüyü bildirilib. Hadisə zamanı xəsarət alan olmayıb, bir çox evin şüşələri sınıb.
Ukrayna rəsmiləri tərəfindən verilən açıqlamada Rusiyanın səhər saatlarında həyata keçirdiyi raket hücumlarının enerji obyektlərini hədəf aldığı və bu səbəbdən elektrik və suda kəsintilər yaşandığı bildirilib.
Şayəstə






