Hindistan polisi azı 134 nəfərin ölümü ilə nəticələnən piyada körpüsünün uçması ilə bağlı aparılan istintaq çərçivəsində bilet satıcıları və podratçılar da daxil olmaqla 9 nəfəri həbs edib.
Elchi.az Report-a istinadən xəbər verir ki, körpünün dağılmasından bir qədər əvvəl çəkilmiş videogörüntülərdə bir qrup gəncin digər uşaqlar Morbidəki asma körpünü o yan-bu yana yırğalamağa çalışarkən şəkil çəkdirdiyi, bundan sonra körpünün çaya düşdüyü görünür. Qeyd edilir ki, kəndirlər yükə tab gətirə bilməyib.
Maçhu çayı üzərindəki müstəmləkə dövrünə aid körpü şənlikdən zövq alan turistlərlə dolu olub. İnsanlar yıxıldıqdan sonra təxminən 10 metr dərinliyə malik çaya düşüblər.
Hadisə ilə əlaqədar əlavə həbslərin olacağı bildirilir.
Kəlbəcərin Baş planı təsdiqləndi
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib. Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Bildirilib...





