Prezident Rəcəb Təyyib Ərdoğan Almaniya kansleri Olaf Şolz ilə telefon danışığı aparıb. Ərdoğan Scholz-a bildirib ki, Almaniyanın Türkiyə-Yunanıstan münasibətlərində tərəfsizliyə qayıtmasını gözləyirlər.
Elchi.az xəbər verir ki, bu barədə Rəyasət Heyətinin Kommunikasiyalar Müdirliyindən verilən məlumata görə, görüşdə Türkiyə-Almaniya əlaqələri və regional məsələlər müzakirə edilib.
Görüşdə prezident Ərdoğan iki ölkə arasında əlaqələrin hər sahədə gücləndirilməsi üçün Almaniya kansleri Şolz ilə apardıqları sıx dialoqa xüsusi önəm verdiyini bildirib.
Almaniyanın Türkiyə-Yunanıstan münasibətlərində tərəfsiz mövqeyinə qayıtmasını gözlədiklərini ifadə edən prezident Ərdoğan, Türkiyə-Avropa İttifaqı dialoqunun, Gömrük İttifaqının yenilənməsi üçün danışıqların və üzvlük danışıqlarının canlandırılmasının lazım olduğunu bildirib.
Prezident Ərdoğan və Almaniya kansleri Şolz Rusiya-Ukrayna müharibəsindəki son hadisələri də dəyərləndiriblər./haberglobal.com.tr
Şayəstə





