Amerikalı reper Takeoff silahlı hücum nəticəsində dünyasını dəyişib.
Elchi.az xəbər verir ki, ABŞ-da “Migos” hip-hop triosunun üzvü Takeoff səhnə adı ilə tanınan 28 yaşlı Kirşnik Khari Ball Hyustonda əyləncə məkanında güllələnib.
Migos qrupundan olan dostu Quavo ilə oynayarkən çıxan mübahisə zamanı başına yaxın bölgədən vurulan Takeoffun hadisə yerində dünyasını dəyişdiyi öyrənilib.
Hücum zamanı yaralanan iki nəfərin xəstəxanaya aparıldığı bildirilib.
8 iyun 1994-cü ildə Hyustonda dünyaya gələn Takeoff musiqi karyerasına 2008-ci ildə başlayıb, reper dostları Quavo və Offset ilə birlikdə “Migos” qrupunu qurub və qrupla ümumilikdə 5 studiya albomuna imza atıb./hurriyet.com.tr/
Şayəstə




