Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, Ermənistan Rusiya ilə əvvəlki hökumət dövründə olduğundan daha yaxın münasibətlərə malikdir.
Elchi.az-ın “Armenpress”-ə istinadən məlumatına görə, Simonyan bu barədə jurnalistlərlə keçirdiyi brifinqdə deyib.
“Əminliklə deyirəm ki, bugünkü Ermənistan Respublikası hökuməti bəlkə də ən rusiyayönlü hökumətlərdən biridir. Son səfərim zamanı Rusiya Dövlət Dumasının sədri bəyan etdi ki, o, çox xoşbəxtdir ki, bizim əlaqələrimiz çoxdur, çünki əvvəlki hökumətlər dövründə, “Respublika” partiyasının hakimiyyəti dövründə bu əlaqələr kifayət qədər deyildi. Əvvəllər rus dilini bilməyən siyasət adamlarımız var idi, münasibətlərimiz bundan qat-qat pis idi. Hazırda daha yaxın münasibətimiz var. Rusiyaya səfərim zamanı Serj Sarkisyanın Respublikaçılar Partiyasının 10 illik hakimiyyəti ilə bağlı ən mənfi reaksiyanı eşitdim”, deyə – Simonyan bildirib.
Yeganə





