Almaniya vətəndaşlarının əksəriyyəti kansler Angela Merkelin 4-cü müddətə hakimiyyətdə qalmasını istəyir. Musavat.com-un “Reuters”ə istinadən verdiyi məlumata
görə, bu barədə Emnid şirkətinin apardığı sorğu nəticəsində qənaət hasil olub.
görə, bu barədə Emnid şirkətinin apardığı sorğu nəticəsində qənaət hasil olub.Belə ki, respondentlərin 56%-i Merkelin bundan sonrakı seçkilərdə də iştirak etməsini arzuladıqlarını bildiriblər. Ancaq rəyi soruşulanların təxminən 75%-i hesab edir ki, kansler öz postunu 2017-ci ildə tərk edəcək.
2013-cü ildə bir çox insanlar belə fikir söyləyirdilər Merkel öz postundan üçüncü müddətin ortasında imtina edəcək.



