Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Elchi.az-a verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər nəticəsində 2 avtomat, 1 qumbaraatan, 4 əl qumbarası, 9900 ədəd müxtəlif çaplı patronlar və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.
Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb
Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...





