"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qənirə Paşayeva qadın siyasətçilərə çağırış etdi

08 Dekabr 2014 - 11:27
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

img1697402Millət vəkili Qənirə Paşayeva Asiya Parlament Assambleyasında qadın siyasətçilərə çağırış edib.
 Pakistanda Asiya Parlament Assambleyasının 7-ci sessiyasında iştirak edən millət vəkili Qənirə Paşayeva sessiya çərçivısində keçrilən Asiya Parlament Assambleyası Qadın  millət vəkilləri toplantısında çıxış edərək müxtəlif ölkələrdən gəlmiş senator və millət vəkili xanımlara Azərbaycanla bağlı geniş məlumatlar verib. O, Azərbaycanın müstəqilliyini yenidən bərpa etməyə başladığı illərdə üzləşdiyi problemlərdən danışıb. O bildirib ki, Ermənistanın yeritdiyi etnik təmizləmə siyasəti nəticəsində 1988-ci ildə 200 mindən artıq azərbaycanlı Ermənistandakı öz tarixi ata-baba yurdundan, öz evindən zorla qovularaq, qaçqına çevrilib. Bunun ardınca isə Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti yeridərək, Azərbaycanın 20 faiz torpağını işğal edib və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün 20 ildən artıqdır ki, öz yurd-yuvasına dönə bilmir. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları və soyqırımlar, əsir və girov götürülmüş azərbaycanlılar barədə məlumatlar verən millət vəkili iştirakçılara Qarabağ həqiqətlərinə dair kitabları və materialları da təqdim edib.Qənirə Paşayeva vurğulayıb ki, Ermənistan BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, Beynəlxalq Təşkilatların qətnamələrinə məhəl qoymur və 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün qadın, dünyanın harasında yaşamasından asılı olmayaraq, bu tədbirdə iştirak edən yüksək səviyyəli qadınlar başda olmaqla dünyanın nüfuzlu, aktiv qadınlarının bu ədalətsizliyə sərt etiraz etməsini, öz yurd-yuvalarına dönmələri üçün onların dəstəyini və bu istiqamətdə səylərini gücləndirmələrini gözləyirlər. Millət vəkili Azərbaycanda qaçqın və məcburi köçkünlərin, qadınların və uşaqların problemlərinin həlli istiqamətində görülən işlər barədə də danışıb. Qənirə Paşayeva tədbir iştirakçılarına Azərbaycanda qadın məsələləri ilə bağlı vəziyyətlə də bağlı məlumat verib. Azərbaycanda Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin fəaliyyət göstərdiyini vurğulayan millət vəkili, qadınların Parlamentdə təmsilçiliyinin 18 faizə, bələdiyyələrdə təmsilçiliyinin 27  faizə çatmasının müsbət bir hadisə olduğunu vurğulayıb. İqtisadiyyatda, biznesdə qadınların rolunun getdikcə artdığını da deyən millət vəkili qadınların dövlətin və cəmiyyətin idarə olunmasında, iqtisadiyyatda və biznesdə rolunun artırılmasının Azərbaycan dövlətinin siyasətində önəmli yer tutduğunu vurğulayaraq, gələcəkdə bu istiqamətdə daha böyük nailiyyətlər gözlənildiyini deyib. Qənirə Paşayeva ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə qadınlar, uşaqlar, təhsil, mədəniyyət və digər sahələrdə həyata keçirilən layihələr və onların uğurlu nəticələri barədə də danışıb. Qeyri-hökumət təşkilatı olaraq Heydər Əliyev Fondunun nəinki yerli hətta beynəlxalq səviyyədə də bir çox əhəmiyyətli layihələr həyata keçirdiyini deyən millət vəkili Fondun Asiya Parlament Assambleyasının keçirildiyi Pakistanda zəlzələdən zərər çəkmiş bölgədə qızlar üçün tikdirdiyi yüksək səviyyəli məktəbin qızların təhsilinə dəstək kimi müsbət bir örnək olduğunu da vurğulayıb. Millət vəkili dünyanın çoxlu sayda ölkəsinin birinci xanımları, nazir, ictimai-siyasi xadim, alim qadınların iştirakı ilə keçirilən Mədəniyyətlərarası və Sivilizasiyalararası dialoqda qadınların rolunun artırılması da daxil olmaqla, bu istiqamətdə Azərbaycan prezidenti və birinci xanımının təşəbbüsü ilə keçirilən beynəlxalq tədbir və konfranslar barədə də məlumat verib.
 Millət vəkili Azərbaycan siyasi və iqtisadi vəziyyət barədə də məlumat verib və  senator və millət vəkili xanımları Azərbaycana dəvət edib. Millət vəkili Qənirə Paşayeva Asiyanın müxtəlif  ölkələrindən gəlmiş qadın senator və millət vəkilləri ilə ayrılıqda da görüşərək fikir mübadiləsi aparıb.  Qənirə Paşayeva onlara müəllifi olduğu kitabları,  həmçinin həmmüəllifi olduğu  “ Xocalı  Soyqırım şahidlərin dilindən” kitabını və rəhbərlik etdiyi Avrasiya Beynlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə edib. Bundan başqa Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti ilə bağlı kitab və materiallar, musiqi albomları da  Asiya ölkələrindən gəlmiş millət vəkili və senator xanımlara hədiyyə olunub.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Səyavuş Novruzov məmurlara od püskürdü

Next Post

Bahar Muradovadan Xədicə İsmayılovanın həbsinə münasibət

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Bahar Muradovadan Xədicə İsmayılovanın həbsinə münasibət

Azərbaycandan Rusiyaya hərəkət edən bəzi qatarların hərəkəti dayandırılır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.