Avropa ölkələri öz əsgərlərini Ukraynaya göndərməyə hazır deyillər, lakin Polşanın NATO-nu münaqişəyə sürükləyə biləcəyi qorxusu var.
Elchi.az xəbər verir ki, bunu ABŞ dəniz piyadalarının kəşfiyyat xidmətinin keçmiş zabiti Skott Ritter bildirib.
“Avropa xoşbəxt deyil: Polşanın NATO-nu bu münaqişəyə cəlb etməsindən narahatdır. İndi Avropada heç kim Ukraynaya hərbi personal göndərməyə həvəsli deyil”, – Ritter söyləyib.
Ritterin sözlərinə görə, Ukraynaya hərbi personal göndərmək üçün Şimali Atlantika Alyansı ölkələrində hava hücumundan müdafiə sistemlərinin və ağır zirehli texnikanın gücünə tab gətirə biləcək lazımi infrastruktur yoxdur.
Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür
Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...




