Elchi.az xəbər verir ki, ABŞ-ın Pensilvaniya ştatında Qunduz Ayı kimi tanınan noyabr dolunayı bu gün səhər yerli vaxtla saat 03:02-də Yerin kölgəsinə girməyə başlayıb və “Ay tutulması”na çevrilib.
3 saat 39 dəqiqə davam edən və qırmızı görünüşünə görə “Qanlı Ay” da adlandırılan bu təbiət hadisəsi 2025-ci ildən əvvəlki son Ay tutulması olaraq qeydə alınıb.
TUULMA NECƏ BAŞ VERİR?
Ay Yer kürəsinin ətrafında fırlanarkən vaxtaşırı Yerin kölgəsinə daxil olur. Tam ay fazasında baş verən bu keçidlərdə Günəşdən aldığı işığın bir hissəsi və ya hamısı Yer tərəfindən bloklandığı üçün Ayın parlaqlığı azalır. Bu hadisəyə Ay tutulması deyilir.
Ay tutulmaları üç şəkildə baş verə bilər: “qismən”, “tam” və ya “peni-kölgə” tutulmaları. Tam tutulma zamanı Ay kölgə konusuna daxil olur və Yerin kölgəsi tamamilə Ayın üzərinə düşür.
Şayəstə




