“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika “Gent”inə qarşı keçirəcəyi oyunların başlama saatı açıqlanıb.
Elchi.az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.
2023-cü il fevralın 16-da Bakıda gerçəkləşəcək ilk qarşılaşma saat 21:45-də start götürəcək. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.
Fevralın 13-də Gent şəhərində keçiriləcək cavab matçı isə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
“Bayer 04” komandası yeni rekorda imza ata bilər
Almaniyanın "Bayer 04" komandası yeni rekorda imza ata bilər. Elchi.az xəbər verir ki, Xabi Alonsonun yetirmələri mayın 9-da UEFA Avropa...





