"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Zəngəzur dəhlizi açılmasa, bu addımı atacağıq!

10 Noyabr 2022 - 09:38
in MANŞET

Elchi.az Axar.az-a istinadən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

  • Qüdrət bəy, ABŞ Dövlət katibi Entoni Bilinkenin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən görüşünün nəticəsini necə qiymətləndirərdiniz?
  • Bu cür görüşlər münaqişənin həllinə yox, Azərbaycana ümidlər verməklə yeni toqquşmaların qarşısının alınmasına hesablanıb. Baxın, bu gün Ermənistanda hökumət ona görə ittiham olunur ki, o, 2018-ci ildən başlayaraq “Qarabağ Ermənistandır, nöqtə”, yaxud “Artsax” Azərbaycanla danışıqlarda birbaşa iştirak etməlidir” deməklə, radikal və maksimalist mövqe ortaya qoyub və danışıqların davam etdirilməsini mümkünsüz hala gətirməklə müharibəni qaçılmaz edib. Hazırda Paşinyan düşünür ki, səhvlərindən və tənqidlərdən nəticə çıxarıb. Amma anlamır ki, Azərbaycan buna imkan verməyəcək.
  • Sülh sazişi imzalanmadan Azərbaycanın delimitasiya və demarkasiya işlərinə başlamasını düzgün sayırsınızmı?
  • Azərbaycan Prezidenti dəfələrlə bəyan etmişdi ki, sülh sazişi imzalanmalı, sonra delimitasiya və demarkasiya işlərinə başlanılmalıdır. Hazırda bu işlər paralel aparılır, düşünürəm ki, bu, bizim sülhə nail olmağımız üçün danışıqlardakı daha konstruktiv mövqeyimizlə bağlıdır. Amma ermənipərəst vasitəçilər nəzərə almırlar ki, sülh olmadan necə düşmən dövlətlə əməkdaşlıq etmək, delimitasiya işlərini həyata keçirmək olar? Müstəqilliyimizdən 31 ildən artıq vaxt keçir, biz hələ də bəzi qonşularımızla sərhədlərin delimitasiyası məsələlərini tam həll edə bilməmişik. Onlar sülh istəmirlər. Sərhədləri delimitasiya etməklə Ermənistanın təhlükəsizliyini təmin etmək, münaqişəni dondurmaq, özləri üçün əlverişli məqamda sərhəddə təxribatlar təşkil etməklə KTMT-ni münaqişəyə cəlb etmək imkanı əldə etməyi hədəfləyirlər.
  • Qarabağda mövcud status-kvonun qorunub saxlanılması və “status” məsələsinin gələcək nəsillərə saxlanılması təklifinə münasibətiniz necədir?
  • Əslində, bu, dünyada zorakılığın stimullaşdırılması və siyasi iradənin hərbi güc tətbiq etməklə qəbul etdirilməsi deməkdir. Ermənistan hərbi güc tətbiq etməklə Qarabağda və Qarabağı əhatə edən 7 rayonda etnik təmizləmə aparıb, Xocalıda genosid cinayəti törədib, həmin əraziləri Azərbaycan dövlətinin yurisdiksiyasından, nəzarətindən çıxardaraq “artsax” adında qondarma “dövlət” yaradıb. İndi Azərbaycandan tələb olunur ki, Qarabağ ermənilərinə status verilməsi məsələsi qeyri-müəyyən müddətə təxirə salınsın və Azərbaycan işğalçı Ermənistanın yaratdığı qondarma “artsax dövləti”ni de-fakto tanısın, onunla əməkdaşlıq etsin. Onu da qeyd edim ki, 10 noyabr 2020-ci il sazişində qondarma rejimin tanınması və status məsələsi barədə bir söz belə yoxdur. Ermənistanla sülh sazişinə dair təkliflər beynəlxalq hüquq və 10 noyabr sazişi əsasında hazırlanmalıdır. Həmin müqaviləyə görə, Ermənistan hərbi hissələrini Qarabağdan dərhal çıxarmalı, kommunikasiyalar açılmalı idi. Yəni Ermənistanın Azərbaycana təcavüzünün, işğalın nəticələri aradan qaldırılmalıydı. Bu həm də Qarabağ üzərində Azərbaycanın dövlət suverenliyinin bərpası deməkdir. Biz vasitəçilər və Ermənistan qarşısında ilk növbədə işğalın nəticələrinin aradan qaldırılmasını, vurulmuş zərərə görə kompensasiya (təzminat – reparasiya) tələb etməliyik. Azərbaycan 5 bənddən ibarət sülh təkliflərinə bunu da əlavə etməlidir.
  • Ermənistan 10 noyabr sazişini icra etməsə, nə etməliyik?
  • Prezident Şuşada birmənalı şəkildə bəyan etdi ki, Ermənistan 10 noyabr sazişini icra etməsə, Azərbaycan qəti addımlar atacaq. Bu o deməkdir ki, Ermənistan öz qoşunlarını Azərbaycandan tezliklə, könüllü olaraq çıxarmasa, biz bunu güc tətbiq etməklə edəcəyik. Naxçıvana maneəsiz gediş-gəliş təmin olunmasa, vaxtilə Ermənistanla Azərbaycan arasında mövcud olmuş kommunikasiyalar açılmayacaq, Laçın dəhlizi bağlanacaq. Sülh sazişi imzalanmasa, Ermənistanla diplomatik əlaqələr, gediş-gəliş, əməkdaşlıq da olmayacaq. O zaman Qarabağdakı erməni sakinlər istəsələr, Ermənistana Gürcüstan üzərindən gedə bilərlər. Biz Naxçıvana İran üzərindən getdiyimiz kimi…
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ermənistanın kapitulyasiya aktına imza atmasından 2 il ötür

Next Post

Neft ucuzlaşdı

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
Neft bahalaşdı

Neft ucuzlaşdı

Prezident TDT liderlərinin zirvə görüşündə iştirak edəcək

Prezident TDT liderlərinin zirvə görüşündə iştirak edəcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.