Böyük Britaniyanın ardınca dekabrın 9-da daha iki Qərb dövləti – Kanada və Almaniya Misirin paytaxtı Qahirədə öz səfirliklərini qapatdıqlarını bəyan ediblər.
Musavat.com-n “Reuters”ə istinadən xəbər verir ki, qapadılma təhlükəsizlik tədbiri ilə əlaqələndirilir.
Musavat.com-n “Reuters”ə istinadən xəbər verir ki, qapadılma təhlükəsizlik tədbiri ilə əlaqələndirilir.Bu barədə telefonla diplomatik missiyasının adının açıqlanmasını arzulamayan əməkdaşı bildirib. Onun sözlərinə görə, hələlik səfərliyin nə vaxt açılacağı bəlli deyil: “Bu, yuxarı instansiyanın xüsusi göstərişindən sonra baş verəcək”.
“Konsulluq xidmətlərinin mümkünlüyü təhlükəsizlik problemləri səbəbilə məhdudlaşdırıla bilər” – nümayəndəliyin saytında bildirilir. Bununla belə, elə həmin gün məlum olub ki, dipmissiya “texniki səbəblərdən” dekabrın 11-də öz fəaliyyətini tam dayandıracaq.



