"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Şimali Karolinanın Darem şəhərində 8 Noyabr Zəfər Günü elan edilib

12 Noyabr 2022 - 12:24
in GÜNDƏM

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

ABŞ-ın Şimali Karolina ştatının Darem (Durham) şəhər meriyası 8 Noyabr tarixini Azərbaycanın Zəfər Günü elan edib.

Elchi.az xəbər verir ki, şəhər meri Eleyn O’Nilin imzaladığı bəyannamədə bildirilib ki, Darem şəhəri incəsənət və musiqi, biznes və maliyyə, hüquq və hökumət, təhsil və sosial xidmət, elm və tibb sahələrinin gücləndirilməsinə töhfələr verən qürurlu və parlaq Azərbaycan əsilli amerikalılar üçün doğma evə çevrilib.

Qeyd edilib ki, Azərbaycan Dostluq Təşkilatı da Darem və Azərbaycan arasında mədəniyyətlərarası qarşılıqlı anlaşmanı təşviq etmək üçün çalışır: “Amerika azərbaycanlıları şəhər sakinləri arasında Daremin müdafiəçilərinə və fəallarına çevriliblər. Onlar hamı üçün şəhərin və cəmiyyətin daha da yaxşı olmasına əmək sərf edirlər və bizim tarixi qonşularımızla münasibətlərimizin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərirlər”.

Nəzərə çatdırılıb ki, 8 Noyabr tarixində Amerika azərbaycanlıları 2020-ci ildə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarının işğaldan azad olunması münasibətilə Azərbaycanın Zəfər Gününü qeyd edirlər. Bu səbəbdən 2022-ci il 8 Noyabr tarixini Azərbaycanın Zəfər Günü elan etdiyini vurğulayan şəhər meri bütün sakinləri Darem şəhərinin həyatına böyük töhfələr verən Amerika azərbaycanlılarının bayramına qoşulmağa dəvət edib.

Qeyd edək ki, bəyannamə Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbalın təşəbbüsü ilə qəbul edilib. Bəyannamə 12 noyabr tarixində Azərbaycan Dostluq Təşkilatının Zəfər Günü münasibətilə təşkil edəcəyi tədbirdə Adika İqbala təqdim olunacaq.

Bundan əvvəl isə Nyu-York şəhərinin Bruklin inzibati rayonunun meriyası 8 Noyabr tarixini ABŞ-da ilk dəfə olaraq Azərbaycanın Zəfər Günü elan edib.

Şimali Karolinanın Darem şəhərində 8 Noyabr tarixi Azərbaycanın Zəfər Günü elan edilib
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Fransa KİV “Bayraqdar”dan yazdı: səsdən sürətli PUA…

Next Post

Putin bundan qorxduğuna görə sammitə getmir – Markov

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Putindən şok: Nüvə obyektində partlayış törətmək istədilər!

Putin bundan qorxduğuna görə sammitə getmir - Markov

Sabah Bakıda hava buludlu olacaq, rayonlara yağış, qar yağacaq

Sabahın hava proqnozu açıqlanıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.