"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

BAXCP: Ermənistana sülh müqaviləsi üçün daha iki tələb irəli sürülməlidir

14 Noyabr 2022 - 12:50
in MANŞET

Partiya rəsmi İrəvanın sülh müqaviləsində təzminat və müharibə canilərinin ədalət məhkəməsi qarşısına çıxarılacağı ilə bağlı öhdəlik götürməsini zəruri hesab edir

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İdarə Heyəti Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və baş nazir Nikol Pasinyanın mövcud status-kvonun qorunub saxlanılmasına xidmət son açıqlamaları ilə bağlı bəyanat yayıb. Bu varədə xalqcebhesi.az saytına BAXCP-dən məlumat verilib.

BAXCP İdarə Heyəti hesab edir ki, rəsmi İrəvanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan, etnik ermənilərin yaşadığı Azərbaycan ərazilərində Ermənistan tərəfindən silahlandırılan qanunsuz hərbi birləşmələr saxlaması, Azərbaycanın qərb rayonları ilə Naxçıvan MR arasınada maneəsiz gediş-gəlişin təmin olunmasına dair öhdəliklərindən imtina etməsi Ermənistanla sərhədlərin delimitasiyası və sülh müqaviləsi barədə danışıqların irəliyə doğru aparılmasına imkan vermir: “Ermənistanın baş naziri ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Qarabağın beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisi olduğunu, bu ərazidə Ermənistan hərbçilərinin olmadığını bəyan etsə də faktlar Ermənistanın bu açıqlamalarında səmimi olmadığını təsdiq edir. Ermənistanın baş prokurorluğunda “Şuşanın işğalı” və 44 günlük müharibədə 10 min erməni hərbçinin fərariliyi ilə bağlı açılan cinayət işi üzrə Qarabağdakı erməni separatçılarının başçısı, müharibə canisi Araik Arutunyanın şahid qismində dindirilməsi, Ermənistanın 2023-cü il büdcəsindən separatçılara 300 milyon dollardan artıq vəsaitin ayrılması bunun növbəti təsdiqidir. Ermənistanın işğalçı dövlət kimi Azərbaycanın beynəlxalq hüququn baza prinsipləri əsasında hazırlayıb təklif etdiyi 5 bəndlik sülh müqaviləsi layihəsinə Azərbaycanın daxili işlərinə müdaxilə sayılan əlavə təkliflər irəli sürməsi rəsmi İrəvanın Azərbaycanla sülh müqaviləsi imzalamaqda maraqlı olmadığını, reallıqda ölkəmizə qarşı ərazi iddialarından əl çəkmədiyini təsdiqləyir. Bütün bunları nəzərə alan BAXCP İdarə Heyəti hesab edir ki, gələcəkdə işğalçı müharibələri önləmək və müharibə cinayətləri törətmiş şəxsləri cəzalandırmaq üçün Azərbaycanın sülh müqaviləsi ilə bağlı irəli sürdüyü təkliflərə daha iki tələb əlavə olunmalı, sülh müqaviləsində Ermənistanın yer üzündən sildiyi Azərbaycanın yaşayış məntəqələrinə,qətlə yetirdiyi şəhidlərin ailələrinə, xalqımıza yaşatdığı mənəvi iztirablara və apardığı etnik təmizləmə siyasətinin nəticəsi olaraq bir milyon insanımızı 30 ildən artıq bir müddətdə ağır məhrumiyyətlərlə üz-üzə qoyduğuna, ekologiyaya və iqtisadiyyatımıza vurduğu ziyanlara görə, Azərbaycan dövlətinə təzminat ödəməli olması, eləcə də Xocalı soyqırımı qatillərinin, Gəncə, Bərdə, Tərtər və Mingəçevirin raket atəşinə tutulmasında, mülki Azərbaycan vətəndaşlarının qətlə yetirilməsində günahkar olan şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılacağı barədə rəsmi İrəvanın öhdəlikləri yer almalıdır.

BAXCP İdarə Heyəti bildirir ki, reparasiya – işğalçının vurduğu ziyana görə təzminat ödəməsi, təkcə hüquqi deyil, həm də beynəlxalq əhəmiyyət daşıyan siyasi məsələdir.

BAXCP beynəlxalq təcrübəyə əsaslanaraq, reparasiya məsləsinin sülh sazişindən ayrı nəzərdə tutulmasını, yaxud beynəlxalq məhkəmələrə daşınması ideyasını düzgün hesab etmir və bu məsələnin sülh sazişində öz əksini tapmasını təklif edir”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İstanbulda partlayış törədən qadından etiraf

Next Post

Metronun “Avtovağzal” stansiyasında işıqlar söndü

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
Mayın 9-da metro açılır? – Metropolitendən cavab

Metronun "Avtovağzal" stansiyasında işıqlar söndü

MEDİA yeni müsabiqə elan etdi

MEDİA yeni müsabiqə elan etdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.