“Report” “İTAR-TASS”-a istinadən xəbər verir ki, bu barədə Poroşenko Twitter səhifəsində yazıb.
Y.Kostyuk “Mironov un məhsulları” aqroholdinqin sahibidir.
“Yuri Kosyuku Ukrayna Prezident Administrasiyası başçısının birinci müavini vəzifəsindən azad edərək, müşavir təyin edilməsi haqda fərman imzaladım”, – Poroşenko qeyd edib.
Yuri Kosyuk 1968-ci ildə anadan olub.1998-ci ildə “Mironov un məhsulları” holdinqini qurub. Şirkətin əsas işi quşçuluq məhsulları və taxıl istehsal etməkdir.
“Forbes” jurnalının Ukrayna üzrə reytinq siyahısında Yuri Kosyuk 1,3 milyard dollar sərvətlə ilk onluqdadır.




