"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qərb niyə dərhal Rusiyanın müdafiəsinə girişdi?

17 Noyabr 2022 - 10:19
in GÜNDƏM

Polşaya düşən raketlər Ukrayna müharibəsinə yanaşmaların yenidən dəqiqləşməsinə imkan verdi. Və belə görünür ki, məsələ raketlər yox, kimin nə əldə etmək istəyidir.
Raketlərə görə Rusiyanın məsuliyyət daşıdığını deyən rəsmi Kiyev “Avropanın hava məkanının bağlanmasının zəruriliyini” irəli sürür, lakin şəhərləri bombalanan, insanları ölən Ukrayna indiyə qədər buna nail ola bilməyib. Polşaya raketlərin düşməsi ilə avropalıların “raket zərbələri”nin nə olduğunu hiss etməsi Kiyevin tələbinin zəruriliyini artırır.
Lakin Qərb raketin Rusiyaya məxsus olmadığında israr edir:
– Polşa bəyan edir ki, bu, qəsdən vurulmuş zərbə deyil;
– NATO katibi bildirir ki, məqsədyönlü hücumun edildiyi, yaxud raketin Rusiya tərəfindən atıldığına dair heç bir əlamət yoxdur;
– ABŞ da eyni mövqeyi paylaşır.
Rusiyaya dair ortaq fikir “nəticə etibarilə Moskva günahkardır” ritorikasından ibarətdir.
Hətta Rusiya zərbə endirsə, yaxud Polşaya düşən raketlərin ruslara məxsus olduğu isbatlansa belə, mövqe dəyişməyəcək. Çünki:
1. NATO üzvü olan Polşaya hücum edilərsə, hərbi ittifaq Rusiyaya cavab verməlidir;
2. ABŞ-NATO əvvəldən müharibənin Ukrayna sərhədlərindən kənara çıxmasına qarşıdır və NATO üzvü olan Polşaya raketlərin düşməsi bu planı poza bilməz;
3. Qərb Ukraynanın tələb etdiyi kimi hava məkanının bağlanmasını istəmir;
Və bu məqsədlə Rusiyanı “müdafiə etmək” məcburiyyətində qalıblar.
Burada Ukrayna amili diqqət çəkir: ABŞ və NATO Kiyevin günahkar olmadığını əlavə etməklə raketlərin Ukraynanın hava hücumundan müdafiə sisteminə aid olduğu fikrini önə sürür; rəsmi Kiyev bunu qəbul etmir, raketlərdə Rusiya izinin olduğuna dair dəlilləri verməyə hazır olduğunu deyir.
Hərçənd, Rusiya ilə üz-üzə gəlmək istəməyən Qərb məsələyə “qəsdən edilmiş hücum deyil” fikri üzərindən də yanaşa bilərdi. Raketlərin Ukraynaya aid edilməsi Kiyevlə müəyyən anlaşılmazlığın olmasından qaynaqlana bilər. İstisna deyil ki, əsas toqquşma Ukrayna-Rusiya sülh danışıqlarının hazırlanması üzərindədir və ABŞ-NATO Polşaya düşən raketlərin proseslərin planlaşdırılan inkişafına təsir etməsini istəmir.
Asif Nərimanlı

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Hindistan da Rusiyadan neft alışını dayandırır

Next Post

BAXCP hökuməti Fransa ilə münasibətlərə yenidən baxmağa çağırır

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
BAXCP hökuməti Fransa ilə münasibətlərə yenidən baxmağa çağırır

BAXCP hökuməti Fransa ilə münasibətlərə yenidən baxmağa çağırır

Bu hakimin səlahiyyətlərinə xitam verildi

Bu hakimin səlahiyyətlərinə xitam verildi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.