"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Matrosskaya tişina” sükutu pozdu

09 Dekabr 2014 - 17:00
in MANŞET

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Rusiyanın Cəzaların İcrası üzrə Federal Xidməti (Penitensiar xidmət-FSİN) “Matrosskaya tişina” həbsxanasında azərbaycanlı “vor zakon”lar arasında baş vermişimg1698643 qanlı “razborka”ya dair araşdırma başladıb.
Virtualaz.org saytı “Rosbalt” agentliyinə istinadən xəbər verir ki, FSİN-in Mərkəzi aparatının əməkdaşları “Matrosskaya tişina”da yoxlama aparırlar və qanlı “razborka”nın iştirakçılarını dindirirlər.
Araşdırma zamanı müəyyən olunub ki, bu “razborka”da ən çox xəsarət alan onlarla adam öldürən, “Çolaq Nazim” ləqəbli killer Nazim Hümbətov və “Zayka” ləqəbli avtoritet Zaur Hümbətovdur. Lakin onların hər ikisi FSİN əməkdaşlarına “kamerada sürüşüb yıxıldıqları üçün xəsarət aldıqlarını” deyiblər. Bildirilir ki, “Matrosskaya tişina”da baş verənlərlə bağlı “vor zakon”lar da “sxodka” keçiriblər və məsələni müzakirə ediblər.
Xəbər verildiyi kimi, ötən həfə Nazim Hümbətovun başçılıq etdiyi qrup “Zayka”nın kamerasına basqın edərək onu bir neçə saat ərzində döyüblər, işgəncə veriblər. “Zayka”ya işgəncə verilməsi səhnəsi “Skype” ilə Bakıya, “Lotu Quli” ləqəbli avtoritet Nadir Səlifovun 8-ci kalondakı kamerasına birbaşa translyasiya olunub.
Belə ki, Zaur Əliyevin döyülməsini əmr edən məhz “Lotu Quli”dir. Səbəb səkkiz il əvvəl “Zayka”nın “Lotu Quli”ni təhqir etməsidir. Oğru qanunlarına görə “vor” titulu daşımayanların “kriminal generalı” təhqir etməsi bağışlanılmaz səhvdir.
Lakin “Zayka”nın qruplaşması da bunu cavabsız qoymayıb. Dekabrın 2-də “Matrosskaya tişina”nın “smotryayuşşisi” olan “vor zakon” Nukri Doçiya tərəfdarları ilə birlikdə “Zayka”nı döyənlərdən qisas alıb. Nəticədə “Çolaq Nazim” və daha səkkiz adamı ağır xəsarətlərlə lazaretə düşüblər.
FSİN-dəki mənbə isə bildirib: “İlkin məlumatlara görə, Zaur Əliyev Nazim Hümbətovla və daha beş adamla birlikdə eyni kameraya salınıb. Orada Əliyevlə və Hümbətov arasında dava olub, tərəflər bir-birinə xəsarətlər yetiriblər”.
“Rosbalt” qeyd edir ki, istənilən halda bu insidentin rəsmi davamı olmayacaq. Məlumata görə, döyülməkdən sifətində sağ yer qalmayan Zaur Əliyev ərizəsində yazıb ki, bu xəsarətləri kamerada sürüşüb yıxılanda alıb və Nazim Hümbətovdan heç bir şikayəti yoxdur. Hümbətov da xəsarətlərinin “yıxılma nəticəsində” yarandığını ərizəsində göstərib, ancaq o, Əliyevdən fərqli olaraq ərizəsində qarşı tərəfdən şikayətçi olmadığını dəqiqləşdirməyib. Bu, həbsxanalarda adi praktikadır. Bir məhbusun başqa məhbusdan şikayət verməsi kriminal aləmdə qəbul edilmiş qaydalara ziddir.
Bununla belə FSİN “Zayka”nın təhlükəsizliyinin qeydinə qalıb. Dekabrın 5-də o, “Matrosskaya tişina”nın xüsusi blokuna yerləşdirilib. Həmin blokda səs-küylü cinayətlər törədənlər saxlanılır.
O da məlum olub ki, bu hadisədən sonra “Zayka”nın yaxın dostu, “Kamo Qorkovskiy” ləqəbli vor zakon Kamo Səfəryan Moskvada beş “vor zakon”un iştirakı ilə “sxodka” keçirib. Görüşdə “Lotu Quli”nin təcridxanada təşkil etdiyi “bespredel”dən söhbət gedib. İştirakçılar bu məsələni “kriminal generalların” daha geniş çevrəsinin iştirakı ilə müzakirəyə çıxarmağı və “Lotu Quli”nin “vor” statusunun əlindən alınması məsələsinə baxılmasını qərara alıblar.
Qeyd etmək lazımdır ki, “Lotu Quli”nin “vor” statusu 9 il əvvəl buna bənzər şəraitdə alınmışdı. Onda Azərbaycan həbsxanalarından birində “Lotu Quli”nin qardaşına hücum edilmişdi və kriminal avtoritet ölkənin bütün kalonlarında bunt qaldırmışdı. Nəticədə “vor zakon”lar hesab ediblər ki, Səlifov düz etməyib və bunt qaldırmaqla həbsxanalarda saxlanma şəraitinin sərtləşdirilməsinə səbəb olub, bu da “oğru qanunlarına” ziddir.
“Lotu Quli” isə “vor” statusunu bir neçə il sonra “Ded Xasan” ləqəbli məşhur kriminal avtoritet Aslan Usoyanın dəstəyi ilə geri qaytarıb.
“Rosbalt” qeyd edir ki, “Zayka” və “Lotu Quli” Rusiyada fəaliyyət göstərən iki güclü azərbaycanlı kriminal qruplaşmasının liderlədiri. Onların arasında on ilə yaxındır müharibə gedir.
8 il əvvəl “Zayka” ilə “Lotu Quli” arasında telefon danışığı zamanı Əliyev opponentini təhqir edib. İndi Səlifovun ətrafında hesab edirlər ki, “Zayka” bu söyüşə görə cavab verməlidir. “Zayka”nın adamları isə deyir ki, Əliyev həmin söyüşü söyəndə “Lotu Quli”nin “vor” statusu əlindən alınmışdı.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Qubad İbadoğludan sensaion açıqlama

Next Post

Bizim kamikadzelər – (FOTO)

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Bizim kamikadzelər - (FOTO)

Elza Seyidcahan daha Allaha məktub yazmır...

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.