Birgə büdcə yardımı proqramı çərçivəsində Ermənistan, Fransa İnkişaf Agentliyi və Asiya İnkişaf Bankı arasında kredit sazişləri imzalanıb.
Elchi.az xəbər verir ki, bu barədə Ermənistanın Maliyyə Nazirliyi məlumat yayıb.
“Ermənistan və Fransa İnkişaf Agentliyi arasında 100 milyon avro məbləğində kredit sazişi (iki tranşda veriləcək), Ermənistanla Asiya İnkişaf Bankı arasında eyni məbləğdə kredit sazişi imzalanıb. Sənədləri Ermənistanın maliyyə naziri Tiqran Xaçatryan, Fransa İnkişaf Agentliyinin Şərqi Avropa, Yaxın Şərq və Asiya departamentinin direktoru Siril Bele və Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Ann Luyo imzalayıb”, – məlumatda deyilir.
Asiya İnkişaf Bankı adından isə sazişi AİB-in Ermənistan nümayəndəliyinin direktor müavini Hupinq Huanq imzalayıb.
Qeyd olunur ki, dövlət maliyyəsinin əsas məqsədləri dövlət maliyyə idarəçiliyinin effektivliyini gücləndirmək, pul və kapital bazarlarını inkişaf etdirmək, yaşıl iqtisadiyyata keçid üçün strateji çərçivəni hazırlamaqdır.
Kəlbəcərin Baş planı təsdiqləndi
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib. Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Bildirilib...





