Noyabrın 13-də İstiqlal küçəsində törədilən terror aktında şübhəli bilinən 5 nəfər Bolqarıstanda yaxalanıb. Şübhəlilər arasında İnterpolun qırmızı xəbərdarlıqla axtardığı terrorçu Bilal Həsənin yaxın adamı Amran Abdulrami də var.
Elchi.az xəbər verir ki, bu barədə Bolqarıstanın milli xəbər agentliyi BTA-ya danışan Baş prokurorun mətbuat katibi Siyika Mileva Türkiyənin təhlükəsizlik orqanları ilə səmərəli əməkdaşlıq nəticəsində 3 Moldova vətəndaşının və 2 ərəb əsilli şübhəlinin saxlanıldığını bildirib.
Mileva, şübhəlilərin hələlik 72 saat həbsdə qalacağını, lakin prokurorluğun həbs tələbi ilə şübhəliləri məhkəməyə göndərəcəyini bildirib.
Şayəstə




