"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rusiya saytı “Lotu Quli”dən yazdı

10 Dekabr 2014 - 08:17
in GÜNDƏM

“Rosbalt”: ““Lotu Quli”nin “vor” statusunun əlindən alınması məsələsinə baxılmasına qərar verilib” img1628426

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Səfəryan “Ded”in titulunu qaytardığı “oğru”nun adını almaq işinə niyə qol qoysun?

Rusiyanın Cəzaların İcrası üzrə Federal Xidməti “Matrosskaya tişina” həbsxanasında azərbaycanlı “vor zakon”lar arasında baş vermiş qanlı “razborka”ya dair araşdırma başladıb. Virtualaz.org saytı “Rosbalt” agentliyinə istinadən xəbər verir ki,  təcridxanada yoxlama aparılır və qanlı “razborka”nın iştirakçılarını dindirirlər.
Araşdırma zamanı müəyyən olunub ki, bu “razborka”da ən çox xəsarət alan onlarla adam öldürən, “Çolaq Nazim” ləqəbli killer Nazim Hümbətov və “Zayka” ləqəbli avtoritet Zaur Hümbətovdur. Lakin onların hər ikisi “kamerada sürüşüb yıxıldıqları üçün xəsarət aldıqlarını” deyiblər. Xəbər verildiyi kimi, ötən həftə Nazim Hümbətovun başçılıq etdiyi qrup “Zayka”nın kamerasına basqın edərək onu bir neçə saat ərzində döyüblər, işgəncə veriblər. “Zayka”ya işgəncə verilməsi səhnəsi “Skype” ilə Bakıya, “Lotu Quli” ləqəbli avtoritet Nadir Səlifovun 8-ci kalondakı kamerasına birbaşa translyasiya olunub.
Belə ki, Zaur Əliyevin döyülməsini əmr edən məhz “Lotu Quli”dir. Səbəb səkkiz il əvvəl “Zayka”nın “Lotu Quli”ni təhqir etməsidir. Oğru qanunlarına görə “vor” titulu daşımayanların “kriminal generalı” təhqir etməsi bağışlanılmaz səhvdir.
Lakin “Zayka”nın qruplaşması da bunu cavabsız qoymayıb. Dekabrın 2-də “Matrosskaya tişina”nın “smotryayuşşisi” olan “vor zakon” Nukri Doçiya tərəfdarları ilə birlikdə “Zayka”nı döyənlərdən qisas alıb. Nəticədə “Çolaq Nazim” və daha səkkiz adamı ağır xəsarətlərlə lazaretə düşüblər.
“Rosbalt” qeyd edir ki, “Zayka” dekabrın 5-də “Matrosskaya tişina”nın xüsusi blokuna yerləşdirilib. O da məlum olub ki, bu hadisədən sonra “Zayka”nın yaxın dostu, “Kamo Qorkovskiy” ləqəbli Kamo Səfəryan Moskvada beş “vor zakon”un iştirakı ilə “sxodka” keçirib. Görüşdə “Lotu Quli”nin təcridxanada təşkil etdiyi “bespredel”dən söhbət gedib. İştirakçılar bu məsələni “kriminal generalların” daha geniş çevrəsinin iştirakı ilə müzakirəyə çıxarmağı və “Lotu Quli”nin “vor” statusunun əlindən alınması məsələsinə baxılmasını qərara alıblar.
“Lotu Quli”nin “vor” statusu 9 il əvvəl buna bənzər şəraitdə alınmışdı. Onda Azərbaycan həbsxanalarından birində “Lotu Quli”nin qardaşına hücum edilmişdi və kriminal avtoritet ölkənin bütün kalonlarında bunt qaldırmışdı. Nəticədə “vor zakon”lar hesab ediblər ki, Səlifov düz etməyib və bunt qaldırmaqla həbsxanalarda saxlanma şəraitinin sərtləşdirilməsinə səbəb olub, bu da “oğru qanunlarına” ziddir.
“Lotu Quli” isə “vor” statusunu bir neçə il sonra “Ded Xasan” ləqəbli məşhur kriminal avtoritet Aslan Usoyanın dəstəyi ilə geri qaytarıb.
Qeyd edək ki, milliyyətcə erməni olan Kamo Səfəryan Tiflisdə doğulub. O, “Ded Xasan”ın klanına daxil olub və Krımda uzun müddət “nəzarətçi” (“smotryaşi”) kimi tanınıb. K.Səfəryan öz “kriminal karyerasına” SSRİ-də cibgir kimi başlayıb. Elə o zaman ilk məhkumluq həyatını yaşayan K.Səfəryan 1998-ci ildə sui-qəsdə məruz qalıb. Amma killer səhvən onu yox, qardaşını öldürüb. Bundan sonra Səfəryan Krıma köçüb və ərazi üzrə “nəzarətçi” olub. 2008-ci ildə Ukraynadan deportasiya edilən Səfəryan Aslan Usoyanın klanına qoşulub. Burada  əsas ziddiyyətli məqamda Səfəryanın “Ded Xasan” klanına yaxınlığıdır. Səfəryan “Ded”in titulun qaytardığı “oğru”nun adını almaq kimi işə niyə qol qoysun?
Hələ bu dava xəbərləri yayılanda Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə də bildirmişdi ki, yaranmış vəziyyət “Ded” klanına sahiblənməsi gözlənilən “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşovu da narahat edib. O, azərbaycanlı “qanuni oğru”ların hazırda çox özbaşınalıq etdiyini və bu sahədə qayda-qanun yaratmaq lazım olduğunu deyib.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İran Türkiyəyə tətbiq etdiyi qadağanı dondurdu

Next Post

Baltik üzərində Rusiya təyyarəsi

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

Baltik üzərində Rusiya təyyarəsi

ATƏT monitorinq keçirəcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.