Xorvatiyanın İstra yarımadasında yağan leysan nəticəsində yaranan daşqın səbəbindən bir çox ev və iş yerlərində maddi ziyan meydana gəlib.
Elchi.az xəbər verir ki, yerli mətbuatda yer alan xəbərlərdə yağışın yarımadadakı şəhərlərdə həyata mənfi təsir etdiyi və leysan səbəbiylə ağacların aşdığı, nəqliyyatın hərəkətinin çətinləşdiyi, görmə qabiliyyətinin azaldığı bildirilib.
Bölgədə təsirli olan güclü yağış nəticəsində dənizin daşması nəticəsində baş verən seldə Rovinc şəhərində tarixi meydanların su altında qaldığı, bir çox ev və iş yerlərində maddi ziyanın olduğu bildirilib.
Xəbərdə çoxlu avtomobilin su altında qaldığı da qeyd olunub.
Bölgə ölkələri, Serbiya, Monteneqro və Albaniyada baş verən daşqınlar nəticəsində ümumilikdə 6 nəfərin həyatını itirdiyi açıqlanıb.
Şayəstə





