"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qüdrət Həsənquliyevdən qanun layihəsi ilə bağlı mühüm təkliflər

23 Noyabr 2022 - 12:16
in Cebhe-banner, MANŞET

Milli Məclisdəki “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsində iştirak edən deputat, BAXCP sədri Qüdrət Həsənquliyev bildirdi ki, qanun layihəsinə edilən düzəlişləri təqdir edir. “Amma bəzi məsələlər var ki, ictimai müzakirələr zamanı qaldırmışdım, nəzərə alınmayıb”-deyə, Q.Həsənquliyev razılaşmadığı məqamları sadaladı.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Elchi.az-ın məlumatına görə, deputat bildirdi ki, Konstitusiyaya görə qanunun geriyə tətbiq olunması mümkün deyil, amma bu məsələ layihədə nəzərə alınmayıb:

“Həmçinin dövlət qulluqçularının siyasi partiyaların üzvü olmaması barədə təklif etmişdim. Hesab edirəm ki, dövlət qulluqçusu heç bir siyasi mənsubiyyəti olmamalıdır”-Q.Həsənquliyev əlavə etdi. Onun sözlərinə görə, siyasi partiya təsisçisinin internet portalı yarada bilmədiyi, amma çap mediasını yaratmaq hüququ tanınır ki, burada da məntiq yoxdur.

Deputatın sözlərinə görə, bundan başqa, 14-15-ci maddələr ümumiyyətlə çıxarılmalıdır: “Partiyalara göstəriş verilir ki, siz partiyaları necə idarə etməlisiniz. Eyni zamanda qanun layihəsinin müddəalarından belə çıxır ki, mən hansısa şöbə yaratmaq üçün hər dəfə qurultay çağırmalıyam. Xırdalıqlara getmək düzgün məsələ deyil, ona görə də həmin maddələr çıxarılmalıdır”.

Eyni zamanda Q.Həsənquliyev bildirdi ki, ölkədə yaşayan etnik qruplara ayrılıqda partiya yaratmaq hüququnun verilməsindən ayrı-ayrı qüvvələr sui-istifadə edə bilər.

BAXCP sədri partiya üzvlərinin telefon nömrələrinin tələb olunmasını da düzgün saymadı. Dedi ki, heç Nazirlər Kabinetinin heyət üzvlərinin şəxsi mobil telefonları telefon kitabşalarında göstərilmir, ancaq xidməti telefonlar göstərilir. İstənilən şəxs götürüb ayrı-ayrı YAP üzvü olan məmurlara zəng edəcək, YAP bununla bağlı xüsusilə narahat olmalıdır.

Bundan əlavə, Q.Həsənquliyev maliyyələşmə ilə bağlı iradlarını da sadaladı. “Ümumən plenar iclasda lehinə səs verəcəyəm. Ümid edirəm ki, bizim təkliflərimiz nəzərə alınacaq”-Q.Həsənquliyev sonda bildirdi.(musavat.com)

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ruslar doğum evini atəşə tutdu: ölən var

Next Post

Bakıda “qazi” saxlanıldı-FOTO

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Next Post
Bakıda “qazi” saxlanıldı-FOTO

Bakıda “qazi” saxlanıldı-FOTO

AMEA-da Böyük Qayıdışla bağlı komissiya yaradılıb

AMEA-da Böyük Qayıdışla bağlı komissiya yaradılıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.