“Suriya prezidenti Bəşər Əsədlə Türkiyə prezidenti Rəcəb Ərdoğan arasında görüş faydalı və simvolik olardı”.
Elchi.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu fikirləri Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentev bildirib.
“Bu görüşün baş tutması üçün hər zaman fürsət var. Rusiya hər zaman belə bir görüşün baş tutmasını müsbət qarşılayır. Lakin Türkiyə tərəfi hesab edir ki, hazırda bunun üçün şərait hələ yetişməyib. Bununla belə, belə bir görüşün faydalı və simvolik olacağına inanırıq və gələcəkdə də bu istiqamətdə çalışacağıq”, – Lavrentev bildirib.
Yeganə





