Azərbaycan Qlobal Hərbiləşmə İndeksi – 2014 (GMİ) reytinqində 152 ölkə arasında ilk 10-luqda yer alıb.
Virtualaz.org bildirir ki, bu barədə Bonn beynəlxalq konversiya mərkəzinin yaydığı məlumatda deyilir.
Dünya reytinqinə İsrail, Sinqapur və Ermənistan başçılıq edirlər.
Onlardan başqa ilk onluğa Suriya, Rusiya, Kipr, Cənubi Koreya, İordaniya, Yunanıstan və Azərbaycan (ardıcıllıq saxlanılıb) daxil olublar.
Reytinqi tərtib edənlər Ermənistan və Azərbaycan arasında xeyli müddətdir ki, davam edən münaqişəyə xüsusi diqqət ayırıblar.
Ekspertlər qeyd edirlər ki, hər iki ölkənin ordusuna silahı Rusiya tədarük edir. Rəsmi Moskva 2008-ci ilin hərbi islahatı çərçivəsində silahlanma sistemlərini müasirləşdirir və hərbi müəssisələrin gücünü artırır.
Qlobal Hərbiləşmə İndeksi dövlətin hərbi aparatının cəmiyyətə nisbətən çəkisi və əhəmiyyətini əks etdirir. O, hərbi xərclərin ÜDM-ə və səhiyyə xərclərinə nisbətini, həmçinin ağır silahlar və ölkə əhalisinin sayının nisbətini nəzərə alır.



