ABŞ-ın sabiq prezidenti Corc Buş Senatın dünən axşam açıqladığı MKİ-nin işgəncə hesabatı tənqid edərək MKİ əməkdaşlarını müdafiə edib.Avropa.info-nun xarici mətbuata istinadən verdiyi xəbərdə bildirilir ki, sabiq prezident Buş işgəncə hesabatını sərt şəkildə tənqid edərək MKİ əməkdaşları haqqında “İstər qadın olsun, istərsə də kişi, MKİ əməkdaşları bizim üçün bir şansdır. Onlar vətənpərvər insanlardır” deyib.
Human Rights Watch təşkilatı isə Obama hökumətini sabiq prezident Corc Buş və onun məmurlarını məhkəmə qarşısına çıxarmağa çağırıb.



