Rusiya və xarici ölkələrin hüququ müdafiəçiləri Qroznıya hücumda iştirakı ehtimal edilən yaraqlıların qohumlarının yaşadığı evlərin Çeçenistan
hakimiyyəti tərəfindən yandırılmasının araşdırılmasını tələb ediblər.
Elchi.az-ın “Bi-Bi-Si”-yə istinadən məlumatına görə, Beynəlxalq Əfv Təşkilatı evlərin yandırılmasını “kollektiv cəzalandırma” adlandırıb.
Rusiyadakı “Memorial” Hüquq Müdafiə Mərkəzi isə baş vermiş cinayətin arxasında Çeçenistan hakimiyyətinin güc qurumlarının durduğunu bildirib.
Çeçenistandakı hakimiyyət hüquq müdafiəçılərinin bəyanatlarına hələ ki şərh etməyib.
“Kafkaz-Uzel” portalının məlumatına əsasən 6 ev yandırılıb. Onların 4-ü Açxoy-Martanov rayonunun Yandi kəndində, biri Qudermes rayonun ətrafında, biri isə Qudermesin Əngəl-Yurdadır.
Xatırladaq ki, bir neçə gün öncə Çeçenistan paytaxtı Qroznıda Rusiyanın silahlı qüvvələri ilə çeçen yaraqlıları arasında atışma olub. Yayılan rəsmi məlumatlara əsasən, atışma nəticəsində 11 hökumət qüvvəsi həlak olub, 20-yə yaxını isə yaralanımışdı.



