"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Kaspersky avtomobilləri kibermüdafiə edəcək

28 Noyabr 2022 - 10:28
in İQTİSADİYYAT

Konveyerdə təhlükəsizlik: Kaspersky onlayn məlumat mübadiləsi sisteminə qoşulmuş avtomobilləri kibermüdafiə ilə təmin edəcək

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Elchi.az xəbər verir ki, şirkət istehsalçılara ağıllı nəqliyyat vasitəsinin kibertəhlükəsizliyi üçün yeni BMT tələblərinin bir hissəsini yerinə yetirməyə kömək edəcək avtomobil şlyuzu hazırlayır.
Kaspersky Laboratoriyası KasperskyOS əməliyyat sistemi əsasında avtomobillər üçün “Kaspersky Automotive Secure Gateway” (KASG) təhlükəsizlik şlyuzunu hazırlamaqdadır. Şlyuz ARM arxitekturasına malik avtomobilin telematik və ya mərkəzi blokunda quraşdırılmağa uyğun olacaq. Belə bir həll avtomobilin kompyuter sisteminin sındırılmqdan qoruyacaq, həm şlyuzun özünün, həm də avtomobilin elektron komponentlərinin hava əsasında təhlükəsiz yenilənməsini təmin edəcək, avtomobilin daxili şəbəkəsindən qeydləri toplamağa və onları təhlükəsizlik monitorinq mərkəzinə göndərməyə imkan verəcək.
Yeni məhsulun yaradılmasında əsas ilham mənbəyi avtomobil sənayesində kibertəhlükəsizliyə dair normativ sənədlərin nəşridir. Onlar 63 ölkənin daxil olduğu BMT-nin WP.29 Komissiyası tərəfindən hazırlanıb. Bir sıra sənədlər 2022-ci ildə qüvvəyə minib. Yeni tələblərə əsasən, 2024-cü ilə qədər istehsalçıları kibertəhlükəsizlik tələblərinə əməl etməyə və istehsalın konveyer mərhələsində təhlükəsizlik həllərini avtomobillərə inteqrasiya etməyə məcbur edən sertifikatlaşdırma sistemi tətbiq edilməlidir.
Normativ bazada avtomobillər üçün yeni sistemlərin “Secure-by-Dizayn” prinsipinə uyğun dizayn edilməli və hazırlanmalı olduğu nəzərdə tutulur. Bu o deməkdir ki, təhlükəsizlik həllərə dizayn və hazırlanma mərhələsində daxil edilməlidir. Kaspersky bu prinsipi təhlükəsiz həllərin işlənib hazırlanması üçün platforma hesab edilən KasperskyOS-un mikronüvə əməliyyat sistemi ilə təmin edir.
Kaspersky “Kaspersky Automotive Secure Gateway”-i təkcə kibertəhlükəsizlik tələblərinə deyil, həm də ISO 26262 beynəlxalq funksional təhlükəsizlik (Safety) standartına uyğun olaraq hazırlayır.
Həll geniş çeşidli avtomobil istehsalçıları, o cümlədən ildə 1 milyona qədər avtomobil istehsal edən şirkətlər üçün nəzərdə tutulub: bir qayda olaraq, onların kibertəhlükəsizlik səriştələri olmaya bilər. Avtomobil təhlükəsizlik şlyuzu köhnə nəsil sistemlər də daxil olmaqla, elektron avtomobil sistemlərinin arxitekturasına mümkün qədər asanlıqla inteqrasiya oluna bilər. Bu, “Kaspersky Automotive Secure Gateway”-in növbəti üstünlüyüdür.
“Onlayn məlumat mübadiləsi sisteminə qoşulmuş avtomobillərin təhlükəsizlik məsələləri bu gün o qədər vacibdir ki, onlar beynəlxalq təşkilatlar səviyyəsində müzakirə olunur. Bu, sənayenin özünün həllər üçün kibertəhlükəsizlik mütəxəssisləri istiqamətində addımladığına və onları sertifikatlaşdırmağa, icbari hala salmağa hazır olduğuna dair bir nümunədir. BMT-nin WP.29 Komissiyasının tənzimləyici tələbləri avtomobil sənayesində informasiya təhlükəsizliyi bazarının inkişafına ciddi təkan verib. Biz yeni reqlamentin tələblərini təhlil edərək və onlayn məlumat mübadiləsi sisteminə qoşulmuş avtomobillər üçün təhdid modeli yaradaraq Kaspersky Automotive Secure Gateway-i hazırlamağa başlamışıq. Bir çox istehsalçıların yeni həllimizə maraq göstərəcəyinə inanırıq”, – deyə Kaspersky-nin Beynəlxalq Texnologiya Tərəfdaşları ilə İş üzrə Meneceri Yevgeniya Ponomaryova bildirir.

Şayəstə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rusiyada əhali 40 dərəcə şaxtada istiliksiz qaldı

Next Post

Xəzərdə zəlzələ oldu

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post
Xəzərdə zəlzələ oldu

Xəzərdə zəlzələ oldu

Ərdoğan nazirlərlə quru əməliyyatını müzakirə edəcək

Ərdoğan nazirlərlə quru əməliyyatını müzakirə edəcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.