Avropa Şurasının İşgəncələrin, Qeyri-insani və ya ləyaqəti alçaldan Rəftar və Cəzanın Qarşısının Alınması Komitəsi (CPT) Belçikada həbsxanalarda sıxlıq, qeyri-adekvat sanitariya və sanitar şərait və məhbuslar arasında zorakılıq kimi davam edən problemlərə istinad edib.
Elchi.az xəbər verir ki, CPT 2-9 noyabr 2021-ci il tarixlərində Belçikanın Antverpen, Lantin, Saint-Gilles və Ypres həbsxanalarını ziyarət etdikdən sonra hazırladığı hesabatı açıqlayıb.
Hesabatda bu həbsxanalarda məhbusların döşəmədəki döşəklərdə yatması, zorakılığa məruz qalmaları, səhiyyə xidmətlərindən yararlana bilməmələri kimi problemlərin davam etdiyi bildirilib.
İzdihamlı həbsxanalar bütün Belçika həbsxana sistemində “əsas və uzun müddətdir davam edən problem” kimi təsvir edilmişdir.
Şayəstə




