Egey dənizində Eğriboz adası yaxınlığında 4,7 bal gücündə zəlzələ baş verib.
Elchi.az xəbər verir ki, bu barədə Afina Geodinamik İnstitutu zəlzələnin 13,2 kilometr dərinlikdə baş verdiyini açıqlayıb.
Yunan mətbuatı adada bəzi binaların divarlarında kiçik çatların olduğunu yazıb.
Artçı təkanların yaşandığı adanın bəzi rayonlarında ehtiyat tədbiri olaraq məktəblər bağlanıb.
Şayəstə




