Bloomberg, Bayden administrasiyasının rus muzdlu qruplaşması Vaqneri xarici terror təşkilatı elan etməyi nəzərdən keçirdiyini açıqladı.
Elchi.az Bloomberg-ə istinadən xəbər verir ki, adları açıqlanmayan 2 nəfər hələlik yekun qərarın verilmədiyini bildirib.
ABŞ-da sözügedən addımın Rusiyanın “terroru dəstəkləyən ölkə” elan edilməsini tələb edən qrupları sakitləşdirmək üçün atıla biləcəyi nəzərdə tutulur.
Bildirilir ki, Vaqnerin terror təşkilatı kimi tanınması cinayət məsuliyyətinə səbəb olacaq və qrupun bütün dünyada fəaliyyətinə təsir göstərə bilər.
Rusiya hökuməti Vaqnerlə hər hansı rəsmi əlaqəni inkar edir.
Şayəstə






