"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Türkiyə F-35-dən daha güclü təyyarə hazırlayır – Bakı üçün tarixi fürsət

02 Dekabr 2022 - 11:03
in GÜNDƏM

Türkiyənin yeni nəsil TF-X döyüş təyyarəsi ABŞ-ın F-35 təyyarələrini üstələcəyək.
Elchi.az xəbər verir ki, bu barədə “Asia Times” nəşrinin hazırladığı məqalədə qeyd olunur.
Qardaş ölkə döyüş təyyarəsini gizli şəkildə hazırlayırdı, yalnız ötən ay Türk Aerokosmik Sənayesi (TAİ) təyyarənin videogörüntülərini yayanda bu haqda məlumatlar bəlli oldu.
TF-X haqda məlumatlar çox azdır. İlkin məlumatlara görə, təyyarənin prototipi 2023-cü ilin martında təqdim ediləcək. İlk sınaq uçuşu ya 2025-ci il, ya da 2026-cı ildə gerçəkləşəcək. İlk partiyanın buraxılışı 2028-2030-cu illərdə planlaşdırılır.
TAİ qeyd edir ki, döyüş təyyarəsi əvvəlcə havadan havaya əməliyyatlar üçün nəzərdə tutulub, lakin daha sonra havadan yerə əməliyyatları da həyata keçirə biləcək. Yük yeri olacaq döyüş təyyarəsi gizli texnologiya və neyron şəbəkəni dəstəkləyən süni intellekt sistemi ilə təchiz ediləcək. Qanadları 14 metr, gövdəsi 21 metr, hündürlüyü 6 metr olan TF-X F-22-dən kiçik, F-35-dən böyükdür. Təyyarə “Amerika General Electric” şirkətinin istehsal etdiyi F110 yanma mühərriki və Türkiyənin özünə məxsus yanma qurğusu olmayan lisenziyaslı F118 mühərriki ilə təchiz ediləcək. Mütəxəssislər hesab edirlər ki, TF-X tədricən F-35-ləri geridə qoyacaq.
ABŞ-ın mühərrikləri satmaqdan imtina etməsi də istisna deyil, xüsusilə Ankaranın Moskva ilə münasibətləri buna bəhanə yarada bilər. Lakin Türkiyənin alternativləri var. Misal üçün, Britaniyanın “Rolls Royce” şirkəti potensial mühərrik təchizatçısı ola bilər. Yaxud sanksiyalara görə nə qədər çətin olsa da, Rusiyadan da mühərriklər alına bilər.
Türkiyənin öz döyüş təyyarəsini istehsal etməsi böyük strateji əhəmiyyət kəsb edir.
Birincisi, müdafiə sənayesində ixrac asılılığını aradan qaldırır;
İkincisi, ABŞ-dan asılılığını azaldır: döyüş təyyarələrinin satılması Vaşinqton tərəfindən Ankaraya qarşı zaman-zaman təzyiq rıçağı olaraq istifadə edilir; Türkiyənin F-35 proqramından çıxarılması, sifariş edilən F-16-ların verilməsindən imtina edilməsi kimi hallar yaşanıb;
Üçüncüsü, özünün döyüş təyyarəsini istehsal edən Türkiyə regional güc mövqeyini möhkəmləndirə, qlobal güc olmaq istiqamətində irəliləyə bilər;
Türkiyənin bu uğuru Azərbaycan üçün da əhəmiyyətlidir və istisna deyil ki, qardaş ölkənin yeni nəsil döyüş təyyarəsinin ilk alıcılarından biri də məhz Bakı olacaq. Bu, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin gücləndirilməsi baxımından müsbət perspektivlər vəd edir.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Baqdasarov: Bir nüvə zərbəsi və İran məsələsi bitir!

Next Post

Milli Məclisin növbəti iclası başladı

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Xaricə qanunsuz pul köçürənlər 5 ilədək həbs oluna bilər

Milli Məclisin növbəti iclası başladı

Şəki xanının qəbri tapıldı

Şəki xanının qəbri tapıldı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.