“Al Jazeera”nin müxbiri Əsəd tərəfdarlarının güdazına getdi 
“Al Jazeera”nin Media Mərkəzi yaydığı bəyanatda bildirib ki, televiziyanın ərəb bölməsinin əməkdaşı, 31 yaşlı Mahram Əl Deeri Suriyada hökumət qüvvələri ilə üsyançılar arasında gedən döyüşlər zamanı öldürülüb.Hadisə Daraa vadisində yerləşən Əl Şeyx Maski şəhərində baş verib.
Jurnalistin ailəsi bildirib ki, o, hökumət qüvvələrinin açdığı atəşdən yayınmaq üçün sürdüyü avtomobillə təhlükəli manevrlər etmək zorunda qalıb. Bu zaman onun maşını üsyançıların idarə etdiyi avtomobilə çırpılıb.
Hadisənin baş verdiyi ərzidə 3 gün öncə “Orient Network” şəbəkəsinə daxil olan 3 jurnalsit öldürülmüşdü. “The Associated Press” agentliyi bildirir ki, həmin jurnalistlər Suriyada hökumətə bağlı hərbçilərin açdığı top atəşlərinin altında qalıblar…
“Al Jazeera”nin icraçı direktoru Mustafa Souaq deyib: “Bizim şəhid həmkarımız Mahram Əl Deeri 1 ildən artıq idi ki, bizimlə bir yerdə işləyirdi. Bu müddət ərzində biz onu son dərəcə cəsarətli jurnalist kimi tanıdıq. Onun peşəkarlıqla hazırladığı reportajlar tamaşaçılar tərəfindən maraqla qarşılanırdı. O, döğulub boya-başa çatdığı regiondan Suriya inqilabı haqqında xəbərlər hazırlayırdı. Həmkarımızın öldürülməsi 18 il əvvəl başladığımız missiyanın durdurulmasına səbıb olmayacaq. Bu illər ərzində biz dəfələrlə təhlükəli ərazilərdən reportaj hazırlayan həmkarlarımızı itirməli oldug. Davamlı təhlükəyə baxmayaraq biz öz işimizi bundan sonra da həyata keçirəcəyik”.
Mərhum jurnalist evil olub və 2 övladı varmış.
“The Associated Press” agentliyi isə bildirir ki, Mahram Əl Deeri hökumət qüvvələri ilə üsyançılar arasında baş verən döyüşlərdən reportaj hazırlamaq üçün hadisə yerinə gedirmiş. (musavat.com)



